Yuxarı

Prezident Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Axar.az xəbər verir ki, dövlətimizin başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşıladı.

Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazdılar.

Sonra dövlətimizin başçısı və birinci xanım Vladimir Fekete ilə söhbət etdilər.

Roma Papası Fransisklə görüşlərini və onun Bakıya səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı qeyd etdi ki, Papa Fransiskin Heydər Məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşü insanlar arasında birliyin bərqərar olmasının vacibliyi ilə bağlı mesaj idi. Prezident İlham Əliyev Papa Fransiskin xatirələrdə çox sadə, adi insanların ehtiyac və arzuları ilə yaşayan bir şəxs kimi qalacağını dedi.

Birinci xanım Mehriban Əliyeva da öz növbəsində Papa Fransisklə görüşlərini məmnunluqla xatırladı.

Vladimir Fekete dövlətimizin başçısına və birinci xanıma başsağlığına görə minnətdarlığını bildirdi. O, Roma Papasının katolik kilsənin lideri kimi bir nümunə olduğunu dedi.

Tarix
2025.04.25 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Sinirlioğlu arasında geniştərkibli görüş başladı

Milli mətbuatın 150 illik yubileyi keçiriləcək

Ermənistan sülh uğrunda çalışmır - tam əksinə, fürsət axtarır

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi

Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb

Əli Əsədov daha bir qərar imzaladı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

AB-nin “Ermənistan röyası”na qarşı Bakının çin gedişi

Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla