Yuxarı

Azərbaycan çempionatının qalibi mükafatlandırıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişi voleybolçular arasında Yüksək Liqada çempion olan "Azərreyl" komandası mükafatlandırılıb.

Axar.az xəbər verir ki, qalib komanda qızıl, finalda məğlub olan "Murov Az Terminal" gümüş, üçüncü yer uğrunda görüşlərdə "Neftçi"ni üstələyən "Xilasedici" isə bürünc medallara layiq görülüb.

Mükafatları Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç təqdim ediblər.

CEV prezidenti çempionatın final mərhələsində iştirak edən hər iki komandanı təbrik edib: "İki gün ərzində çox maraqlı finallar izlədik. Komandalara gözəl oyunlara görə təşəkkür düşür. Xüsusilə də "Azərreyl"ə. Ölkə rəhbərliyinə və Azərbaycan Voleybol Federasiyasına gözəl qonaqpərvərliyə görə təşəkkür edirəm".

Yüksək Liqanın bu il uğurlu təşkil olunduğunu deyən Ş.Bağırov bildirib ki, Azərbaycan klublarında yerli məşqçilərə də kifayət qədər şans verilir. O, hər iki komandanın mövsüm ərzində layiqli mübarizə apardığını diqqətə çatdırıb: "Buna görə onlara təbrik düşür. Ümid edirəm ki, bu cür finalları daha çox izləyərik”.

Qeyd edək ki, ötən gün "Azərreyl"in qadınlardan ibarət komandası "Abşeron"u "qızıl set"də məğlub edərək çempion adını qazanıb.

Tarix
2025.04.25 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

Minsk qrupunu saxlamağın mənası yoxdur - Bayramov

Bayramovla Sinirlioğlu arasında geniştərkibli görüş başladı

Milli mətbuatın 150 illik yubileyi keçiriləcək

Ermənistan sülh uğrunda çalışmır - tam əksinə, fürsət axtarır

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi

Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb

Əli Əsədov daha bir qərar imzaladı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

AB-nin “Ermənistan röyası”na qarşı Bakının çin gedişi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla