Yuxarı

Mülki təyyarələrə sertifikatların verilməsi qaydaları təsdiqləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nı təsdiqləyib.

Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, qaydaların tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirəcək.

Növ sertifikatını Agentlik aşağıdakı hallarda tanıyır:

- növ sertifikatı aidiyyəti üzrə Braziliya Federal Respublikasının mülki aviasiya sahəsində səlahiyyətli orqanı (ANAC), Avropa Komissiyasının mülki aviasiya sahəsində səlahiyyətli orqanı (EASA), Amerika Birləşmiş Ştatlarının mülki aviasiya sahəsində səlahiyyətli orqanı (FAA), Türkiyə Respublikasının mülki aviasiya sahəsində səlahiyyətli orqanı (SHGM), Kanadanın mülki aviasiya sahəsində səlahiyyətli orqanı (TCCA) və ya Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının mülki aviasiya sahəsində səlahiyyətli orqanı (UK CAA) verildikdə;

- növ sertifikatı qüvvədə olduqda;

- hava gəmisinin növü aidiyyəti uçuşa yararlılıq dizayn standartları daxil olmaqla növ sertifikatlaşdırmanın əsasına uyğun olduqda;

- hava gəmisinin növü Konvensiyaya 16 nömrəli Əlavə ilə müəyyən edilmiş ekoloji tələblərə və səs-küy çirklənmələri normalarına uyğun olduqda;

- hava gəmisinin növünün heç bir xüsusiyyəti və ya xarakteristikası onun təyinatı üzrə istifadəsi üçün təhlükə törətmədikdə;

- Agentliyin uçuşa yararlılıq və uçuş əməliyyatları üzrə müfəttişlərinin hava gəmisinin növü üzrə müvafiq təlimlərlə təmin edildikdə;

- növ sertifikatının sahibi bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş məlumatları və sənədləri, habelə aidiyyəti sənədlərə olunan müvafiq dəyişiklikləri Agentliyə təqdim etdikdə

Tarix
2025.04.25 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Minsk qrupunu saxlamağın mənası yoxdur - Bayramov

Bayramovla Sinirlioğlu arasında geniştərkibli görüş başladı

Milli mətbuatın 150 illik yubileyi keçiriləcək

Ermənistan sülh uğrunda çalışmır - tam əksinə, fürsət axtarır

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi

Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb

Əli Əsədov daha bir qərar imzaladı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

AB-nin “Ermənistan röyası”na qarşı Bakının çin gedişi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla