Yuxarı

Prezident Anar Quliyevə vəzifə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunmuşdur. Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə Bakıda və respublikanın digər şəhərlərində gerçəkləşdirilən layihələr ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilə dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması prosesi planlı şəkildə sürətlə davam etdirilir.

Azərbaycanın müasir şəhərsalma təcrübəsi 2022–2023-cü illərdə keçirilən milli şəhərsalma forumlarında geniş nümayiş etdirilmişdir. Regionda ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma ilə bağlı ən dolğun müzakirələrin aparıldığı bir platforma yaratmışdır.

Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınmışdır. Azərbaycana hörmət və etimadın göstəricisi olan bu mötəbər tədbirin yüksək səviyyədə təşkili ölkənin inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcəkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) yüksək səviyyədə təşkili və ölkəmizin şəhərsalma fəaliyyətinin beynəlxalq miqyasda təbliği məqsədilə

qərara alıram:

1. Anar Adil oğlu Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru təyin edilsin.

2. Milli koordinatora Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işlərinin aparılması səlahiyyəti verilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tarix
2025.04.25 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Afrika ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndiririk - Rəfiyev

Azərbaycanlı mükafat aldı, səfir İran XİN-ə çağırıldı

NATO iclasında Azərbaycana qarşı hücumlardan danışıldı

Sibiqa Şəhidlər xiyabanını ziyarət etdi

XİN Afrika Günü ilə bağlı paylaşım etdi

Kiyev Bakının bu qərarını alqışlayır - Sibiqa

Buna görə Azərbaycana minnətdarıq - Sibiqa

Azərbaycan Ukraynanın ərazi bütövlüyü tanıyır - Bayramov

Ukraynaya 40 milyon dollardan artıq yardım... - Bayramov

Zelenski İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla