Yuxarı

Gürcüstan Müstəqillik Gününü qeyd edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstanda əsas milli bayram - Müstəqillik Günü qeyd edilir.

Mayın 26-da Milli Şuranın qərarı ilə Gürcüstan müstəqil respublika elan olunub.

Bayrama həsr olunan müxtəlif mədəni, maarifləndirici və idman tədbirləri Tiflis ilə yanaşı bütün ölkə boyu keçiriləcək. Gürcüstan paytaxtının Azadlıq meydanında 700-ə yaxın çağırışçı təntənəli mərasimdə hərbi and içəcək, tədbir Tiflisdən başqa daha 5 tarixi məkanda təşkil olunacaq.

Axar.az xəbər verir ki, Tiflis vaxtı ilə saat 17:10-da (107 il öncə müstəqilliyin elan edildiyi vaxt - red.) Gürcüstan prezidentinin sarayında dövlət himni oxunacaq.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili və Baş nazir İrakli Kobaxidze rəsmi sosial şəbəkə hesablarında gürcü xalqını Müstəqillik Günü münasibəti ilə təbrik ediblər.

Qeyd edək ki, Noe Jordaniyanın başçılıq etdiyi Gürcüstanın ilk demokratik respublikası sovet işğalınadək – 1921-ci ilin fevralın 25-dək mövcud olub. Qonşu ölkə dövlət müstəqilliyini 70 ildən sonra - 1991-ci ilin aprelin 9-da bərpa edib.

Tarix
2025.05.26 / 01:31
Müəllif
Axar.az
Digər xəbərlər

Afrika ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndiririk - Rəfiyev

Azərbaycanlı mükafat aldı, səfir İran XİN-ə çağırıldı

NATO iclasında Azərbaycana qarşı hücumlardan danışıldı

Sibiqa Şəhidlər xiyabanını ziyarət etdi

XİN Afrika Günü ilə bağlı paylaşım etdi

Kiyev Bakının bu qərarını alqışlayır - Sibiqa

Buna görə Azərbaycana minnətdarıq - Sibiqa

Azərbaycan Ukraynanın ərazi bütövlüyü tanıyır - Bayramov

Ukraynaya 40 milyon dollardan artıq yardım... - Bayramov

Zelenski İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla