"Ayağa qalx, Ermənistan"
təşəbbüs qrupu müxalifətdə olan partiyalara müraciət edərək, onları
hakimiyyətin dəyişdirilməsi yolunda birgə mübarizəyə
çağırıb.
ANS PRESS-in məlumatına görə, müraciətdə deyilir: "Əgər siz
hesab edirsinizsə ki, hakimiyyət dəyişməsi üçün vaxt yetişdi, o
zaman biz avqustun 21-də bütün respublika ərazisində kütləvi
aksiyalara, mitinq keçirməyə başlamağa və hökumətin istefasını
tələb etməyə hazırıq. Neçə ki, ictimai rezonans dalğası bütün ölkə
ərazisinə yayılmayıb biz meydanlarda sonadək qalacağıq. Lazım
gəlsə, İrəvanı qan gölünə çevirəcəyik."
Müxalifət partiyalarına çağırışda əminlik ifadə olunur ki,
ölkəni siyasi uçurumdan, iqtisadi böhrandan çıxarmağın yeganə yolu
saxta yollarla deyil, əhaliyə divan tutan, insanlara qarşı güc
tətbiq edən yox, məhz xalqın etibarını qazanan, insanların
Konstitusiyada təsbit edilmiş hüquqlarını qoruyan, demokratik
dəyərlərə üstünlük verən hökumətin hakimiyyətə gəlişidir.
Müxalifət partiyaları "Ayağa qalx, Ermənistan" təşəbbüs qrupunun
müraciətini hələlik cavabsız qoyması, ölkə mətbuatında birmənalı
qarşılanmayıb. Erməni Milli Konqresindən olan deputat Lyudmila
Sarkisyan bu müraciətə şübhəli yanaşıb və bildirib ki, hədəflər və
perspektivlər dumanlı olduğu üçün partiyalar bu çağırışa
qoşulacaqları inandırıcı deyil.
Xüsusi vurğulamaq lazımdır ki, müraciətin mətni kifayət qədər
aydındır, orada qazanılacaq nailiyyətə gedən yolun hədəf sxemi
kifayət qədər real şəkildə göstərilib. Müxalifət partiyaları
tamamilə başqa səbəblərdən bu təşəbbüsə qoşulmur. Məsələ ondadır
ki, erməni partiyaları, möcvud müxalifət çoxdan hakim
siyasi-iqtisadi sistemin siyasi köləsinə çevrilib. Bunun hesabına
partiyalar "xidmətlərinə" görə kvotalar və parlamentdə mandat alır.
İndi ölkə müxalifətinin funksiyaları daha çox etiraz dalğalarının
söndürülməsinə, xalqın narazılığının yatızdırılmasına, əhalinin
səsinin kəsilməsinə yönəlib. Əsaslandırılmış fikir belədir ki, indi
hər şey gün işığı kimi aydındır, Ermənistanın problemi hakimiyyət
deyil, müxalifətdir.
Tədqiqatçılar deyirlər ki, Ermənistanda yalnız hakimiyyət yox,
həm də müxalifət korlanıb. Bu xüsusilə Serj Sarkisyanın idarəçiliyi
illərində parlaq şəkildə göründü. Müxalifət cürbəcür karikatura
metodları ilə preferensiya əvəzinə, daxili siyasət mübarizəsinin
oxşatmasını, təqlidini edir. Gələcəkdə hakimiyyətin formalaşmasının
yeni prosesində partiyalar öz kvotalarının saxlanılmasına çalışır.
Bu isə mübarizənin ənənəvi təqlid metodudu olacaq.
"Ayağa qalx, Ermənistan" Hərəkatının koordinatorlarından olan,
Rusiyaya qarşı tutduğu mövqeyi ilə tanınan və 2013-cü ildə
keçirilən prezident seçkilərində Serj Sarkisyanın rəqibi olan
Andrias Qukasyan deyib ki, onların fəaliyyəti hakimiyyət tərəfindən
ciddi narahatlıqla qarşılanır.
"Ayağa qalx, Ermənistan" hərəkatı faktiki olaraq, hakimiyyətdən
narazı qüvvələri sistem dəyişiklikliyinə səsləyir. Çağırışda
partiyaların qeyri-qanuni və konstitusiya zidd olaraq ləğv edilməsi
tələbi var. Erməni partiyalarına sistem dəyişiklikləri lazım deyil,
çünki, onda siyasi təşkilatların ləğvi gündəmə gələcək. Məhz indiki
hakimiyyət qanunsuz fəaliyyət göstərən partiyaları
"qanuniləşdirdi", deməli, heç nəyə məhəl qoymayaraq Konstitusiyaya
qarşı çıxdı.
Ona görə, onlar çağırışa qoşulmayacaqlar və etiraz aksiyasına
ancaq təşəbbüs qrupunun üzvləri qoşulacaqlar. Bu konkret və
məsuliyyətli addımdır, ancaq partiyalara zərərlidir. Çünki onlar
"səmada durna" deyil, yerdə "arıquşu"durlar.
Diqqətə çatdıraq ki, bu il iyunun 19-dan başlayaraq ölkədə
elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilib.
İyunun 23-də Baqramyan prospektində kütləvi etiraz aksiyasını
dağıtmaq üçün, Prezident Administrasiyasına doğru istiqamət alan
nümayişçilərə qarşı polis güc tətbiq edib və nəticədə 25 insan
zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb.
Onlar elektrik enerjisinə tarifin artımı haqqında iyunun 17-dən
Tarif Komissiyanın qərarının ləğv olunmasını tələb edirlər. Qərara
əsasən avqustun 1-dən qiymətlər 6,93 dram, yəni (16,7%)
bahalaşıb.
Bir sözlə, İrəvanda hava şəraiti buludlaşdığı kimi, siyasi
av-havada dumanlaşır. Bir tərəfdə, xalq və Qərb dairələri Serj
Sarkisyan hakimiyyətin devrilməsində maraqlıdır. Digər tərəfdə isə
iqtisadi çətinliklər yaşayan Rusiya İrəvandakı qərbpərəst
qüvvələrin sıradan çıxarılmasına çalışır. Belə olan halda görünən
odur ki, Qərb-Rusiya qan çanağı İrəvanın başında sınacaq.