Yuxarı

Ərdoğan-Zelenski razılaşmasının faydaları...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Ukrayna arasında imzalanan müqavilə strateji tərəfdaş olan iki ölkənin iqtisadi əlaqələrini, ticarət həcmini və yüksək texnologiyanın inkişaf səylərini daha da irəli aparacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkəti baş direktoru Haluk Bayraqdar Prezident Rəcəb Tayyib Ərdoğanın Kiyev səfəri zamanı imzalanan müqaviləni şərh edərkən deyib.

“Bu müqavilə artıq alqı-satqı deyil, iki ölkə arasında ortaq layihənin inkişafı və investisiya mühitinin yaradılması üçün mühüm addımdır. Ukrayna dövləti bütün türk şirkətlərinin yüksək texnologiya və aviasiya sahələrində investisiyaları üçün sipər yaradır”, - Bayraqdar söyləyib.

Razılaşma nəticəsində gömrük və vergi güzəştlərinin də olacağını deyən Bayraqdar mühüm layihələrin həyata keçiriləcəyinə işarə edib:

“İki ölkənin texnologiyanın müxtəlif istiqamətlərində ixtisaslaşdıqları sahələrdə bir-birindən öyrənməli çox şey var. İnanırıq ki, müqavilə ilə yaxın gələcəkdə dünya miqyasında adından söz etdirəcək çox mühüm layihələr hazırlanacaq”.

Qeyd edək ki, Ərdoğanla Zelenski azad ticarət zonası, gənclər siyasəti, vergi, standartlaşdırma, yüksək texnologiyalar, gömrük, aviasiya və kosmik sənaye sahələrində əməkdaşlığa dair sazişlər imzalayıblar.

Tarix
2022.02.04 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi

Onlar Prezidentə başsağlığı verdi

ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto

Təyyarəmiz bu sistemlə vurulub - Təcili

Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir

Nalçik yaxındır, təyyarəni niyə Aktauya göndərdilər?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla