Yuxarı

Rusiyada miqrantlarla bağlı gözlənilməz qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada miqrantlarla bağlı gözlənilməz qərar

Rusiyanın Kaluqa vilayətində miqrantların xidmət sahələrində, o cümlədən taksi sürücüsü, kuryer kimi və kafelərdə işləməsinə qadağa qoyulub.

Axar.az xəbər verir ki, vilayətin qubernatoru Vladislav Şapşa jurnalistlərə regionda miqrantların sayını azaltmaq planlarından danışıb. Onun sözlərinə görə, bu tədbirlərin həyata keçirilməsinə yerli əhalinin çoxsaylı şikayətlərindən sonra qərar verilib. Qubernator deyib ki, iş icazəsi olan miqrantların icazələrinin müddəti uzadılmayacaq.

V.Şapşa fevralın 11-də Kaluqadakı çoxfunksiyalı miqrasiya mərkəzində olarkən rus dilini bilməsi barədə sertifikatı olmasına baxmayaraq, bu dildə ümumiyyətlə danışa bilməyən miqrantla rastlaşıb. Bundan sonra o bildirib ki, saxta sertifikatlar təqdim edən miqrantların sənədləri polisə göndəriləcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Təhlükəsizlik Şurasının miqrasiya siyasəti üzrə Müəssisələrarası komissiyasının yaradılması barədə Fərman imzalayıb. Komissiyaya Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev rəhbərlik edəcək.

Tarix
2022.02.11 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla