Yuxarı

MKİ bu dəfə Türkiyə əhalisinin sayını endirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MKİ bu dəfə Türkiyə əhalisinin sayını endirdi

Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi CİA Türkiyə əhalisinin 2015-ci ilin iyul ayına görə 79 milyon 414 min 269 nəfər olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, bu rəqəm Türkiyə Statistika Təşkilatının (TÜİK) yanvar ayında 2014-cü il dekabrın 31-i üçün açıqladığı 77 milyon 695 min 904 nəfərdən bir milyon 718 min 365 nəfər artıqdır. Ötən illərdə təxmini əhali sayını adətən TÜİK-in açıqladığı rəqəmlərdən 5 milyon artıq göstərən MKİ-nin bu dəfə "fərqi endirdiyi" diqqət çəkib.

MKİ-nin məlumatlarına görə, dünyanın ən sıx 17-ci ölkəsi olan Türkiyənin əhalisinin yüzdə 25.45%-ni 0-14 yaş qrupu təşkil edir. Türkiyədə əhalinin artım sürəti yüzdə 1.26% olaraq hesablanıb. Hesablamalara görə, əhalinin 73.4%-i şəhərlərdə yaşayır.

Türkiyənin ən sıx şəhəri İstanbul (14 milyon 164 min nəfər) hesab olunub. Əhalisinin sıxlığına görə, İstanbuldan sonra Ankara (4 milyon 750 nəfər) və İzmir (3 milyon 40 min nəfər) şəhərləri gəlir.

MKİ-yə görə, Türkiyədə ortalama ömür müddəti 74.57 ildir. Bu müddət qadınlarda 77, kişilərdə 72.26 yaşdır. Türkiyədə qadınların doğum hesabı qadın başına 2.05 uşaqdır.

Tarix
2015.08.24 / 17:36
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla