Yuxarı

Qardian: “Orban Avropaya xəyanət etdi”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qardian: “Orban Avropaya xəyanət etdi”

İngiltərənin "Qardian" qəzeti Macarıstanın Baş naziri Viktor Orbanı tənqid edib.

Axar.az xəbər verir ki, yazıda Avropanın qaçqın böhranına biganə münasibət sərgiləyən Orbanın "Qaçqınlar xristian köklərimizə təlükədir" ifadəsi ölkə tarixinə ləkə olaraq qiymətləndirilib:

"Avropa qorxunc Orbana qarşı tədbir görməlidir. Əksəriyyəti Suriyadan olan çarəsiz insanlar Budapeştdə Keleti stansiyasında saxlanıldı, gözyaşardıcı qaz istifadə edən macar polisi tərəfindən qovuldu. Həftə sonunda bəzi məhdudiyyətlərin qaldırılmasından sonra qaçqınlar Almaniya və Avstriyaya getmək üçün yola salındı. Macarıstanın İnsan hüquqları üzrə rəisi ölkənin imicinə bir ləkə olaraq tarixdə qalacaq".

Qəzet daxili siyasətdə "diktatura rejimi" quran Orbanın cəzalandırılmasını tələb edib:

"Orban bir müddətdir ölkəsinin imicinə böyük zərər verir. O, demokratik prinsipləri tapdaladı, səlahiyyətləri sağçı Fidesz Prtiyasında cəmləşdirdi, mühakimənin müstəqilliyini təhdid etdi, mediaya qarşı zorakılıq göstərdi. O, rus lider Putinlə həmrəylik nümayişləri etdirərək Avropa Birliyinin Ukrayna böhranı qarşısında birlik nümayiş etdirməsinə əngəl törətdi. Macarıstan qitənin geri qalanını idarə edəcəkmiş kimi səssizcə yoluna davam edir. Qaçqın böhranının yaşandığı bir mühitdə "Orban problem" artıq daha aşkardır və vəziyyət daha da pisləşir".

Tarix
2015.09.07 / 20:14
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla