Yuxarı

Erməni yazar: “NATO Ərdoğanı devirməlidir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni yazar: “NATO Ərdoğanı devirməlidir”

"Armenian Vekli" qəzetində nəşr olunan məqaləsində erməni yazar Harut Sassounian Türkiyə Prezidenti Ərdoğana tarixi erməni nifrətini ifadə edib.

Axar.az xəbər verir ki, o, Ərdoğanla bağlı ABŞ və NATO-ya müraciət edib:

"Ərdoğan kürdlərin əsrlərdir xəyalında olduqları müstəqil Kürdüstan planını məhv etməyə çalışır. Eyni zamanda Suriya, İraq və Türkiyədə kürdlərə qarşı qanlı hücumlar təşkil edərək, 1 noyabr seçkilərində partiyasına yenidən parlamentdə üstünlük qazandırmağa çalışır. Lakin Ərdoğan üçün kürdlərə qarşı təşkil olunan hücumlar əks effekt verdi. Ərdoğan gələcək həftələrdə əlacsız şəkildə daha çox hiyləyə əl ata bilər. O, seçkilərdə xalqın dəstəyini ala bilmədikdə Şərqi Anadoluda hücumların artması əmrini verə, ardınca isə daxili qarşıdurma bəhanəsi ilə ölkədə fövqəladə vəziyyət elan edə bilər. Daha sonra isə parlament təxirə salınıb, ölkə teokratik Osmanlı kimi dəmir yumruqla idarə oluna bilər. ABŞ və onun NATO müttəfiqləri hər şeyi məhv etmədən bu canavarı dayandırmalıdır. Obama administrasiyası keçmiş Müdafiə naziri Erik Edelmanın tövsiyələrinə əməl etməli və Türkiyənin ali tədbirlərə qatılmasını məhdudlaşdırmalıdır. Bütün bu tövsiyələr 1 noyabr seçkilərindən əvvəl tətbiq olunmalıdır".

Tarix
2015.09.09 / 10:11
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla