Yuxarı

İndependent: “PKK sıraları genişlənir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İndependent: “PKK sıraları genişlənir”

Şimali İraqda minlərlə kürd PKK sıralarına qoşulub.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin nüfuzlu "İndependent" qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Türkiyə ordusunun Şimali İraqda hərbi əməliyyatlara başlaması prosesi bir qədər də sürətləndirib:

"PKK Türkiyə, ABŞ və AB tərəfindən terror təşkilatı kimi qəbul edilir. Ancaq kürd gənclər İŞİD-lə savaşmaq üçün PKK-ya qoşulur. Bu, dolayısıyla kürd bölgəsində hökumətin düzgün yeritmədiyi siyasətin nəticəsidir. Türk qüvvələrinin hücumuna məruz qalma riski gəncləri səhv qərar verməyə vadar edir. Türkiyə kürdlərdən icazə almadan 2011-ci ildən bəri ilk dəfə Şimali İraqa birliklər göndərdi".

İraq hökumətinin kürdlərlə fikir ayrılığı olduğunu yazan qəzet kürd döyüşçülərin aylarla maaş almadığını qeyd edib:

"İŞİD-ə qarşı döyüş mərkəzi hökumətin ödənişləri dayandırması səbəbindən kürdlərə baha başa gəlir. Buna səbəb İraq və kürd hökuməti arasında büdcə və neft gəlirləri mövzusunda yaranan fikir ayrılığıdır. İŞİD-ə qarşı ön sıralarda döyüşən peşmərgə aylardır maaş ala bilmir".

Tarix
2015.09.10 / 22:32
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla