Yuxarı

Rusiyanın Suriya planının sirri – İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Suriya planının sirri – İddia

Rusiya hazırda özünü islam ekstremizminə qarşı xilaskar kimi göstərməyə çalışır.

Axar.az xəbər verir ki, bu sözlər amerikalı politoloq Endryu Foksolun "Nyu York Tayms" qəzetindəki yazısında yer alıb. Onun sözlərinə görə, məhz islam terrorizmi Putinə Rusiyada prezident olmağa yardımçı olub:

"2001-ci il 11 sentyabr terror aktından sonra prezident Buşa zəng vuran ilk dünya liderlərindən biri Putin idi. Hadisədən bir neçə gün sonra Putin söz verdi ki, Rusiya Amerikanın Əfqanıstanda Talibana qarşı yaratdığı koalisiyanı dəstəkləyəcək. Bundan sonra Moskva digər dünya dövlətlərini də beynəlxalq terrorizmə qarşı savaşa səslədi. Məhz Çeçenistandakı islam terrorizmi Putinə prezident olmağa kömək etmişdi. 1999-cu ilin sentyabrında 4 çoxmənzilli evin məhv olması ilə nəticələnən partlayış oldu. Nəticədə təxminən 300 nəfər insan öldü. Partlayışda Çeçenistandan olan terrorçular günahlandırıldı. Bu travmadan sonra Rusiya II Rus-Çeçen Müharibəsinə başladı. Çeçenistana müdaxilədən bir neçə ay sonra o qədər də məşhur olmayan və bir neçə ay bundan əvvəl Baş nazir təyin olunmuş Vladimir Putin prezident oldu.

Putinin tənqidçiləri indiyə qədər bu evlərin Federal Təhlükəsizlik Xidməti tərəfindən partladıldığını iddia edirlər. Rusiyanın "Novaya qazeta" qəzeti bir müddət öncə Kremlin terrorçuları öz məqsədləri üçün istifadə etdiyi haqqında məlumat yaymışdı. O zaman belə bir informasiya peyda olmuşdu ki, FSB terrorçuların Şimali Qafqazdan Suriyaya axınına nəzarət edir. Məhz burada onların çoxu İŞİD-ə qoşulurlar. Moskva məxsusi olaraq döyüşçülər üçün Türkiyədən Suriyaya yol açıb".

Foksol Kremlin Qərbin sanksiyalarından qurtulmağa çalışdığını bildirib:

"Putinin Suriya ilə bağlı planı aydındır. Plana əsasən İŞİD-ə qarşı koalisiyaya daxil olan Qərb və ərəb ölkələri Əsədlə və kürdlərlə güclərini birləşdirməlidir. İran, Hizbullah və Rusiya da bu alyansa qatıla bilərlər. Koalisiya BMT-dən rəsmi mandat almalı və İŞİD-ə qarşı savaşa başlamalıdır. Sonra Rusiya Əsədin iştirakı ilə danışıqlar təşkil edəcək və öz rejiminin qorunub saxlanılması üçün siyasi şərait yaradacaq. Bu ayın sonu Putin BMT-nin Baş Assambleyasında məhz bu təkliflə çıxış etmək niyyətindədir. Putin bununla Rusiya və Qərbi yaxınlaşdıracaq. Əgər Rusiya və Qərbin yeni yaxınlaşması Suriya üzərində olsa, o zaman Ukrayna unudulacaq. Burada həmçinin sanksiyaların ləğvi, Krımın tanınması və Rusiyanın Şərqi Ukraynada dominant qalması riski də var. Bu situasiya Rusiyanın dünya nizamında triumfuna gətirib çıxaracaq. Çindən İrana qədər olan Amerikanın düşmənləri bundan sonra özlərinin Vaşinqtonla münasibətlərini yenidən gözdən keçirməyə çalışacaqlar. Qərb gərək Suriya ilə bağlı Rusiyanın da daxil olduğu bütün variantlara nəzər yetirsin".

Tarix
2015.09.17 / 08:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla