Yuxarı

Putinin əsas məqsədi bu şəhəri tutmaqdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin əsas məqsədi bu şəhəri tutmaqdır

Rusiya Palmira şəhərini İŞİD-dən geri almaq üçün Suriyaya qüvvə göndərir.

Axar.az xəbər verir ki, bu iddianı İngiltərənin "İndependent" qəzetinin Yaxın Şərq müxbiri Robert Fisk yazıb.

O, Rusiyanın Suriyaya Prezident Bəşər Əsədlə həmrəy olduğunu göstərmək və yaxud Tartusdakı bazalarını qorumaq üçün girmədiyini qeyd edib:

"Rusiya Prezidenti Vladimir Putinin əsas arzusu Palmiranı İŞİD-dən geri almaqdır. O, Roma qalıqlarının olduğu şəhərin ələ keçirilməsinin Rusiyaya böyük prestij qazandıracağını düşünür. Palmiranın qarşıdakı bir neçə həftə ərzində tutulması planlaşdırılır. Bu şəhərin geri alınması Əsədin mövqeyini daha da gücləndirəcək. ABŞ və İngiltərənin bəhs etdiyi keçid hökuməti isə həqiqəti əks etdirmir. Rusiya Suriyaya qoyduğu vəsaitdən sonra Əsədin getməsinə göz yummayacaq. Palmiradan sonra isə Hələbin işğal olunan hissələri geri alına, İŞİD-in paytaxtı Rakka tutula bilər".

Qeyd edək ki, İŞİD bu ilin mayında qədim Palmira şəhərini ələ keçirib.

Tarix
2015.09.29 / 09:31
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla