Yuxarı

Qərb mediası: “Əsəd getsə, kim gələcək?”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb mediası: “Əsəd getsə, kim gələcək?”

BMT Baş Assambleyasında Suriya ilə bağlı qızğın müzakirələrin getdiyi bir vaxtda "Tayms" qəzeti maraqlı iddialarla çıxış edib.

Axar.az xəbə verir ki, qəzet Suriyada keçid prosesində böyük çətinliklərin olduğunu, müxalif qrupların fərqli məqsədlər uğrunda çalışdığını qeyd edib:

"Səudiyyə Ərəbistanı Yaxın Şərqdə İran rejiminin idarə etdiyi bir dövlətin yaranmasını istəmir. Bu siyasəti dəstəkləyən Türkiyə daha irəli gerədək sərhəddə kürdlərin öz müqəddəratını təyin etməyinə mane olmağa çalışır. Bütün bunlarla yanaşı Əsədin yerinə keçəcək namizəd belə yoxdur".

Təhlildə vurğulanan əsas problemlərdən biri də keçid hökumətinin nə vaxta kimi davam etməsidir. Nəşrin məlumatına görə, milli maraqları düşünən real qüvvə olmadığından keçid hökuməti iflasa uğraya bilər:

"Suriyada vətəndaş müharibəsi 4-5 cəbhəlidir. Bu müddət ərzində ölkədə milli, regional və geosiyasi maraqlar kəskinləşib, kompleks qarşıdurmalar artıb. Müxaliflər birinci hədəf Bəşər Əsədi görür, onun devrilməsini istəyir. Digər tərəfdən Nusra və başqa radikal islamçı qruplar islam dövlətinin yaradılmasının tərəfdarıdır. Suriya artıq güc deyil və əvvəlki vəziyyətinə qayıtması da inandırıcı deyil. Ölkənin parçalanmasının qarşısını ala biləcək bir lider də ortada yoxdur".

Tarix
2015.09.30 / 09:19
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla