Yuxarı

Yaxın Şərq planı: Kreml sünni-şiə savaşı planlaşdırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın Şərq planı: Kreml sünni-şiə savaşı planlaşdırır

Rusiyanın Suriya konfliktində iştirakı Yaxın Şərqdə genişmiqyaslı dini savaşa zəmin ola bilər.

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı politoloq Andrey Piontkovskinin "Novoye vremya" saytındakı köşəsində yer alıb. Onun sözlərinə görə, Moskva İŞİD problemini həll etmək niyyətində deyil:

"Putinin Suriya strategiyasının əsas xüsusiyyəti onun məqsədlərinə çatması üçün böyük gücə ehtiyacı olmamasından ibarətdir. Moskva İŞİD problemini həll etməyə çalışmır. O, sadəcə özünü Qərbə vacib müttəfiq kimi satıb, ondan öz qiymətini tələb etmək istəyir. Qısası, Moskva Qərbin təzyiqini azaldıb, sanksiyaları ləğv etdirmək və Ukraynadakı vəziyyətini yumşaltmaq istəyir. Rusiyanın Suriyada çata biləcəyi maksimal hərbi məqsəd sadəcə Aralıq dənizi sahillərində anklav yaratmaqdır. Bunu Rusiyanın bütün hərbi addımları, xüsusilə, yeni bazaların yaradılması söyləyir. Əsəd Suriyada əhalinin 10%-ni təşkil edən ələvilərin rəhbəridir. Onlar əsasən Vataki rayonunda yaşayırlar. Əsədə bu ərazidə ələvi anklavın rəhbəri kimi qalmağa və onları özünün hərbi plasdarmına çevirməyə Putinin hərbi resursları kifayət qədərdir. Bundan başqa o, təkcə Suriyada yox, bütün Yaxın Şərqdə konflikt ocaqlarını daha çox alovlandırılmasında maraqlıdır. Onun təklif etdiyi koalisiya İran, Suriya və Hizbullahı birləşdirən şiə koalisiyasıdır. Moskva onun vasitəsi olmadan da savaşan sünni və şiələr arasındakı dini müharibəni də qızışdırır. Bunun hesabına isə o bir sıra vacib məsələləri həll edir. Bunun hesabına Rusiya dünya siyasətindəki böyük oyunçuların ətrafına qayıtmaq şansı qazanır. Yeni dini müharibə neftin qiymətinə də təsir edə bilər ki, bu da Kreml üçün çox vacibdir".

Tarix
2015.09.30 / 09:38
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla