Yuxarı

Çeçenlər qəzəblidir: Kadırov müsəlmanlara xəyanət edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çeçenlər qəzəblidir: Kadırov müsəlmanlara xəyanət edir

Müharibəyə getmək istəməyən Rusiya vətəndaşlarının sayı durmadan artır. Bu səbəbdən Rusiya Orta Asiya ölkələrinin vətəndaşlarını orduya cəlb etməyə çalışır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Yeni əsgər ehtiyatların formalaşdırılması üçün Kreml rəhbərliyi getdikcə daha çox əcnəbiləri orduya cəlb etməyə çalışır. Yeni ordu hissələrinin formalaşdırılması üçün yerli rəhbərlik hərbi komissarlıqların və polis idarələrinin əməkdaşlarına Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşları arasında təşviqat işi aparmağı tapşırıb”, - məlumatda deyilib.

Qeyd olunur ki, müqavilə bağlamağa və Ukraynaya getməyə razı olanlara pulla yanaşı, Rusiya vətəndaşlığı da təklif olunur.

Kəşfiyyatın məlumatına görə, Moskvanı razı salmaq üçün adamların müharibəyə məcburən aparılması Çeçenistan sakinləri arasında da narazılıq yaradıb:

“Çeçenistanda Ukraynaya döyüşə göndəriləcək 4 batalyonun formalaşdırılması və təlimi davam edir. Təşkil edilmiş batalyonlardakı şəxslərin əksəriyyəti Çeçenistan təhlükəsizlik qüvvələri tərəfindən əsasən kənd yerlərindən qaçırılan yerli gənclərdir. Onlar qondarma ittiham və ya işgəncələr altında müharibədə iştirak etmək üçün müqavilə bağlamağa məcbur olurlar. Vətəndaşlar Çeçenistan rəhbəri Ramzan Kadırovun müsəlmanları iki xristian xalqının - rusların və ukraynalıların müharibəsində iştirak etmək və ölmək üçün göndərməsinə qəzəblərini bildirirlər. Kadırovun belə siyasəti müsəlmanlara xəyanət kimi qəbul edilir”.

Tarix
2022.08.17 / 13:26
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi

Ruttenin xüsusi nümayəndəsi Azərbaycandadır

“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlandı

Konqresdə azərbaycanlılarla bağlı konfrans keçirildi

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla