Yuxarı

Putinin bilinən və biliməyən oyunlarının iç üzü...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin bilinən və biliməyən oyunlarının iç üzü...

Rusiyanın Suriyada hərbi əməliyyat keçirməsinin arxasında iqtisadi problemlər dayanır.

Axar.az xəbər verir ki, bu barədə türkiyəli köşə yazarı Mustafa Şahin geniş məqalə ilə çıxış edib.

Şahinin Rusiyanın Suriyada hansı rola sahib olması ilə bağlı araşdırmasının bir hissəsini təqdim edirik:

Tartus və Lazkiyə limanlarına silah-sursat, hərbi texnika toplayan Rusiya əvvəl bütün bunları təkzib etsə də, artıq buna ehtiyac duymur.

Rusiya Prezidenti Vladmir Putin son vaxtlarda verdiyi bəyanatlarda Suriyada terrorizmə qarşı mübarizədə Əsəd rejiminə dəstək verdiklərini bəyan edir. Putinin Suriyada hərbi əməliyyatlar aparmaqda məqsədi Rusiya iqtisadiyyatını yaranmış çətin vəziyyətdən çıxarmaqdır ki, bunun üçün Suriyada neft, qaz çıxarılmasına böyük önəm verilir.

Rusiyanın nəhəng enerji şirkətləri Suriyada neft-qaz sahəsində bir çox layihələrdə iştirak edir. Belə ki, Rusiya şirkətlərindən Soyuzneftqaz Suriyada 26 layihədə iştirak edir və 17 neft quyusu və bir milyon ton "qara qızıl" payı var.

Soyuzneftqaz şirkəti 25 dekabr 2013-cü ildən Suriyada neft-qaz sektoruna daxil olub. Həmin ildən şirkət regionda qaz emalı kompleksi və qaz boru kəməri də inşa edib. Hazırda isə 1,3 milyard kubmetrlik ikinci bir qaz emalı kompleksini inşa edir.

Göründüyü kimi, Rusiya Suriyada yeni oyunçu deyil, Suriya hökumətinin idarəetmə və iqtisadiyyatında, xüsusilə də enerji sahəsində uzun zamandır fəal rol oynayır.

Qazprom, Lukoyl, Soyuzneftegaz kimi enerji və xammal şirkətləri ilə dünyaya səs salan Rusiyanın Əsəd rejiminə verdiyi ciddi hərbi dəstək regionda nə qədər böyük maraqlarının olduğunu da göstərir. Bundan başqa, Rusiya digər böyük dövlətlər və şirkətlərdən fərqli olaraq, müharibə olan bölgələrə investisiyalarını çoxaldır, boşalmış sahələri doldurmağa çalışır.

Bu iqtisadi müharibə taktikası və Rusiyanın terror adı altında gizlətməyə çalışdığı faktlar isə Suriya və İraqda hər keçən gün üzə çıxır.

Tarix
2015.10.05 / 23:46
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla