Yuxarı

Fransa KİV: “Bakıya hücum çəkən avropalılar…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa KİV: “Bakıya hücum çəkən avropalılar…”

Oktyabrın 6-da Fransanın nüfuzlu "Le Huffington Post" portalında Avropa Parlamentinin ölkəmizin əlehinə qəbul etdiyi qətnaməni tənqid edən məqalə (http://www.huffingtonpost.fr/didier-chaudet/relations-europe-azerbaidjan_b_8248954.html) dərc edilib.

Axar.az xəbər verir ki, məqalənin müəllifi Didier Çaudet Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Cənubi Qafqazda stabilliyin təhlükə altında olduğunu qeyd edib və Rusiyanın regionda möhkəmlənmək və təsirini artırmaq üçün bu problemdən bilavasitə istifadə etdiyinə diqəət çəkib.

Yazıda bildirilir ki, Avropa Birliyi gücdən istifadə etməyə üstünlük verən ölkələrin qurduğu tələlərə düşməməlidir. Avropa rəhbər dairələri belə düşünür ki, bütün dünya ölkələri onlar kimi sülh və əminamanlıq şəraitində yaşayır:

"Bildiyimiz kimi, Avropa Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikərinin yerləşdiyi körfəzdən günlük 3 millyon barrel neft idxal edir. Beləcə Avropa Birliyi lazım olan anda insan hüquqlarını və ya əksinə praqmatik baxışı seçir. Avropanın diplomatiyasında bu cür yanaşma insan hüquqlarının təşviqinə nəinki müsbət töhfə verir, əksinə, geosiyasi cəhətdən uduzmasına gətirib çıxarır.

Bu kimi halların baş verməsi onu sübut edir ki, sentyabrın 10-da AP-də qəbul olunan qətnamə Azərbaycan və Avropa arasında əlaqələrin soyuması ilə nəticələnəcək. Bunun artıq ilk nümunələri görünməkdədir. Ukrayna, Belarus, Moldova və Cənubi Qafqaz ölkələrinin parlament nümayəndələrinin təmsil olunduğu Avronest Parlament Assambleyasını Azərbaycanın tərk etməsi, eləcə də Avropa Komissiyası nümayəndə heyətinin enerji məsələləri üzrə strateji əməkdaşlıqla bağlı Azərbaycana rəsmi səfərlərinin ləğv olunması buna bariz sübutdur.

Heç şübhəsiz ki, Azərbaycan Avropa üçün enerji ixracının şaxələndirilməsi kontekstində mühüm tərəfdaşdır. Görünür, Azərbaycana hücum çəkən Avropa parlamentariləri bu məsələlərin önəmini unudurlar".

Tarix
2015.10.07 / 22:56
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla