Yuxarı

MOSSAD İrana casusluq edən zabitlərini aradan götürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MOSSAD İrana casusluq edən zabitlərini aradan götürdü

İranın Kəşfiyyat Nazirliyi İsfahan şəhərindəki sənaye mərkəzində təxribat aktının qarşısını aldıqdan sonra MOSSAD İran departamentindən ən azı altı yüksək rütbəli zabiti uzaqlaşdırıb.

Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İranın Kəşfiyyat Nazirliyi MOSSAD-ın İsfahandakı sənaye mərkəzində planlaşdırdığı təxribat aktını törətmək üçün mürəkkəb əməliyyatı üzə çıxarıb və planda iştirak edən bütün əməliyyat elementlərini həbs edib.

Bundan sonra MOSSAD İran departamentinin rəhbərini işdən çıxarıb və ən azı altı yüksək rütbəli zabiti İran kəşfiyyat orqanları ilə əlaqədə ittiham edərək müxtəlif yollarla öldürüb.

İddiaya görə, Tomer Eykes, Ayalon Şapira, Şaron Smal, Şaliye Vestland, Ofek Aharon və İtamar Elhara İran təhlükəsizlik xidmətləri ilə əlaqədə ittiham edilərək dindirilmə zamanı MOSSAD tərəfindən öldürülən altı yüksək rütbəli zabitlərdir.

Məlumata görə, MOSSAD-ın əks-kəşfiyyat idarəsi bu altı zabitdən başqa bir sıra digər zabitləri də müxtəlif yollarla, məsələn, avtomobil qəzaları yolu ilə aradan götürüb. Ölənlərin dəqiq sayı və taleyi məlum deyil.

Tarix
2022.10.20 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla