Yuxarı

Aeroport tualetində özünü asan müxbir haqda - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aeroport tualetində özünü asan müxbir haqda - İddia

İstanbul hava limanında meyiti tapılan ingilis müxbir haqda iddialar ortaya çıxıb.

Axar.az xəbər verir ki, İngiltərə mətbuatı 50 yaşlı Ceki Suttonun agent olduğu şübhəsi ilə qətlə yetirildiyi versiyasını irəli sürüb.

Rəsmi məlumata görə, Sutton təyyarəyə gecikəndən sonra hava limanındakı tualetdə intihar edib. Onun ayaqqabılarının iplərini açaraq özünü tualetin asılqanında asdığı aşkar olunub.

Xanım Sutton Londonda yerləşən Savaş və Barış İnstitutunun İraq üzrə müxbiri kimi Ərbil şəhərinə getməli imiş.

İstanbuldan Ərbilə təyyarə ilə uçmağa hazırlaşan ingilis reportyorun tualetdə özünə qəsd etdiyi məlum olub.

BBC-nin keçmiş müxbiri olmuş Sutton barəsində "Tayms" və "Deyli Teleqraf" qəzetləri qətl iddialarını yazıblar. Hər iki nəşrdə məlumat verilib ki, Sutton İŞİD-in onu hədəfə almasından qorxduğunu yazıb.

Bundan əvvəl dostu Amanada Vaytliyə elektron poçtla göndərdiyi məktubda bu sətirləri yazıb: "İŞİD hücum etmək istəyirsə, edəcək. Ancaq daha əvvəl plan hazırlayacaq".

Onun İraqdakı həmkarlarından olan Hiva Osman intihar versiyasına inanmır:

"Çox ağır şərtlər altında yaşamış bir adamıydı. Amma özünü xoşbəxt hiss etmədiyinə dair bir fakt yoxdur. Onun öldürüldüyünə əminəm".

Türkiyə polisi intiharın baş verdiyi ərazidə təhlükəsizlik kameralarının işləmədiyini əsas gətirib. Suttonun 1990-cı illərdə agent kimi tanındığı və Afrika qitəsindəki Eritreya dövləti tərəfindən ölkədən çıxarıldığı qeyd olunub.

Tarix
2015.10.20 / 15:01
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla