Yuxarı

Kremldə iki əks fikir savaş tərəfdarlarını çaşdırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremldə iki əks fikir savaş tərəfdarlarını çaşdırdı

Kreml Ukraynanın işğalı kimi maksimalist məqsədlərindən əl çəkməyib. Əksinə, Qərb ölkələrini çaşdırmaq, Ukraynanı sülh tələbinə məcbur etmək üçün məqsədlərini qismən pərdələyib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Putinin “sağ əli” - Dmitri Peskov bildirib ki, Putinin də dediyi kimi, Kiyevdə mövcud hakimiyyətin dəyişdirilməsi Rusiya-Ukrayna müharibəsinin məqsədi deyil. Oktyabrın 26-da Putin bəyan edib ki, Ukrayna “suverenliyini itirib və tamamilə NATO-nun nəzarətinə keçib”. “Valday” diskussiya klubunda çıxışı zamanı isə Putin yenidən Ukraynanın suverenliyinə toxunaraq qeyd edib ki, Ukraynanı Kreml yaradıb və Ukraynanın suverenliyinin yeganə real təminatı yalnız Rusiya ola bilər. Peskovun Putinin bu şərhlərinə istinad etməsi Rusiyanın məqsədlərindən kənara çıxacağına şübhə yaradır. Peskovun bəyanatı Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçevin “Moskva yalnız Ukrayna hökumətinin təslim olmasından sonra Kiyevlə münasibətləri normallaşdıra bilər” fikrini yumşaltmağa yönəlib. İki əks iddia müharibə tərəfdarlarını çaşdırıb. Peskovun çıxışına cavab olaraq “Vaqner” qrupu” ilə əlaqəsi olan bloger istehza ilə qeyd edib ki, Rusiya heç bir aydın məqsədi olmayan müharibə aparır”, - məlumatda deyilib.

Qeyd olunur ki, Kremlin açıq şəkildə ifrat ideologiyalara boyun əymək və müharibəni davam etdirmək qətiyyətsizliyi ruslarda bu fikirləri təbliğ edənləri də çaşdırır:

“Putin millətçilərlə yanaşı, əhalinin qalan hissəsinin də dəstəyini almaq üçün balans yaratmağa çalışır”.

Tarix
2022.11.24 / 12:22
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla