Yuxarı

Razılıq əldə etməliyik, bu baş tutmasa... - Zurabişvili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Razılıq əldə etməliyik, bu baş tutmasa... - Zurabişvili

Bizim nə güclü institutlar, nə institutlara hörmət, nə də məhkəmə sistemimiz var.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

O qeyd edib ki, ölkədə başlıca məqsəd hərtərəfli razılığa gəlmək olmalıdır, bu baş tutmayacağı təqdirdə isə hər şey mənasız olacaq:

"Biz namizəd ölkə statusu üçün müraciət edəcəyimizi gözləmirdik. Bunu 2024-cü ildə etməyi planlaşdırırdıq. Biz bunun üçün qarşı tərəfə təşəkkür etməliyik. Ukraynada bu gün də çox ağır vəziyyətdir. Orada bombalar dayanmır. Ukraynada həyatını itirən 27 gürcü döyüşçünün xatirəsini hörmətlə yad etmək istəyirəm. 12 bənddən ibarət tövsiyyələr paketində aydın görünür ki, başlıca məsələ ədliyyə islahatlarıdır. Bizim nə güclü hökumət institutlarımız, nə də məhkəmə sistemimiz var. Ədliyyə islahatları üzərində işləmək bir imkandır. Bu bizim Sovet sistemindən çıxmağımız üçün yeganə yoldur. Başqa yol mövcud deyil və digər bütün yollar bundan qaynaqlanır. İnsan hüquqlarının, biznesin qorunması, diskriminasiyanı yenmək, başqalarını dinləməyin vacibliyi, özəl mülkün toxunulmazlığını müəyyən etmək kimi şeylər - bütün bunlar, demokratiya dediyimiz amillərin hər biri ədliyyə sistemindən keçir. Ədliyyə islahatları ilə bağlı razılığa gəlmək bizim bu sahədə bilmədiklərimizi öyrənmək üçün bir imkandır. Hüquq sistemi mövcud olmasa, bu o deməkdir ki, heç nə qorunmur. Ölkə daxilində razılıq əldə etməliyik, bu baş tutmasa, heç nə əldə edə bilməyəcəyik. Razılığa gəlməyimiz isə o deməkdir ki, hər bir partiya Gürcüstanın maraqlarını öz maraqlarından daha üstün tutmalıdır".

Tarix
2022.11.24 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla