Yuxarı

Türkiyə iqtisadiyyatı, görün, kimə etibar edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə iqtisadiyyatı, görün, kimə etibar edildi

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ötən gün Nazirlər Kabinetinin yeni tərkibini elan etməsindən sonra ən çox müzakirə edilən isimlərdən biri də Mehmet Şimşəkdir.

Axar.az xəbər verir ki, yeni maliyyə və xəzinə naziri Mehmet Şimşəyin gəlişi ilə ciddi dəyişikliklər olacağı gözlənilir.

Bildirilir ki, Mehmet Şimşək əslində Ərdoğan komandasının üzvü olub, 2007-2009-cu illərdə maliyyə naziri, 2009-2015-ci illərdə isə iqtisadiyyat naziri vəzifəsini daşıyıb. Onun iqtisadiyyata rəhbərlik etdiyi zaman Türkiyə iqtisadiyyatının ən güclü dövrü sayılır.

2015-ci ildə Qaziantepdən millət vəkili olaraq təkrar seçilib, 4 noyabr 2015-ci il tarixində Əhməd Davudoğlunun Baş nazir olduğu kabinetdə Baş nazirin müavini vəzifəsini alıb.

2016-cı ildə Davudoğlunun istefasının ardından Binəli Yıldırımın qurduğu hökumətdə də yer alıb, ancaq 2018-ci ildə İqtisadi Koordinasiya Qurumuna rəhbərlik ondan alınıb və Yıldırıma verilib. Bununla da komanda ilə yolları ayrılıb.

Mehmet Şimşək son illər dünyanın böyük şirkətlərində məsləhətçi, idarəedici kimi çalışıb. Dünya miqyasında ən bacarıqlı iqtisadçılardan biri kimi tanınır.

Daha bir maraqlı məqam isə 1967-ci il təvəllüdlü (56 yaş) Mehmet Şimşəyin kürd kökənli olmasıdır. O, Türkiyə ilə bərabər, ABŞ və Böyük Britaniya vətəndaşıdır.

Tarix
2023.06.04 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla