Yuxarı

BMT-nin mənzil qərargahında bayraqlar endirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-nin mənzil qərargahında bayraqlar endirildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu York şəhərindəki mənzil qərargahında dalğalanan bayraqlar endirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, kompleksdə BMT-yə üzv olan 193 dövlətin bayrağı Nyu Yorkda havanın kirliliyi səbəbi ilə endirilib.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik baş verənlərlə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, beynəlxalq təşkilat öz texniki işçilərini lazımsız risklərdən qorumaq üçün belə bir qərar alıb:

"Bayraqlarla bağlı alınmış xüsusi qərarlara uyğun prosedurlar var. Bunlar güclü yağışlar, şiddətli küləklər, soyuq temperatur müşahidə etdiyimiz zaman tətbiq olunur. Burada çalışdığım 20 il ərzində ilk dəfədir ki, bu qərarın tətbiq edildiyinə şahid oluram. Havanın keyfiyyəti ilə bağlı problemlərə görə biz təhlükəsizlik işçilərimizi lazımsız risklərə atmaq istəmirik", - deyə sözçü vurğulayıb.

Qeyd edək ki, Kanadadakı kütləvi meşə yanğınları səbəbindən Nyu Yorkda havanın keyfiyyəti təhlükəli həddə çatıb.

Tarix
2023.06.09 / 00:23
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla