Yuxarı

Ərəb baharı: Dünyanı dəyişən plan - Xronologiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəb baharı: Dünyanı dəyişən plan - Xronologiya

2010-cu dekabrın 18-də Tunisdə mərkəzi hakimiyyətə qarşı etirazlar başladı. İşsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləri sonradan öz formatını dəyişdi. Bununla da Atlantik okeanından Ərəb dənizinə qədər olan məkanda "Ərəb baharı" adlanan prosesə start verildi.

Tunisdə başlayan etiraz dalğası tezliklə qonşuluqdakı bütün ölkələrə sıçradı. Nəticədə 2011-ci ildə bu proses öz daxilinə 17-dən çox dövləti almağı bacardı.

Ərəb baharı dünya üçün indiyə qədər öhdəsindən gəlinməsi mümkün olmayan problemlər yaratdı. Müəyyən ölkələrdəki çevrilişlər radikal terror təşkilatlarının xalq arasında liderliyi ələ keçirmələrinə səbəb oldu. Bu isə təzəlikcə sakitləşməyə başlayan Yaxın Şərqi yenidən qaynar qazana çevirdi.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, 2010-2011-ci illərdə Ərəb baharının baş verdiyi ölkələrin itkisi 55 milyard dollar oldu. HSBC bankı isə tamam başqa bir hesabatla çıxış etdi. Bank 2014-cü ildə Misir, Tunis, Liviya, Suriya, İordaniya, Bəhreyn və Livan öz ümumi daxili məhsullarının 35%-ni, ümumiyyətlə, Yaxın Şərqin isə 800 milyard dollar itirdiyini bildirdi. Təkcə 2011-ci ildəki hadisələr zamanı Avropa Birliyinə 140 min insan axın etdi. BMT-nin son hesablamalarına əsasən, əgər lazımı tədbirlər görülməsə, gələn il Avropa Birliyinə gələn miqrantların sayı 300 min nəfərdən çox olacaq.

Axar.az 2010-cu ilin dekabrında başlayan və əsasən 2011-ci ilin ilk aylarını əhatə edən dünyanın taleyini dəyişən bu prosesin xronologiyasını təqdim edir:

Tunis

2010-cu il dekabrın 18-də 26 yaşlı Məhəmməd Buəzizininözünü yandırması bütün ölkədə etirazlara səbəb oldu. Tezliklə insanlar bütün inzibati dövlət binalarını ələ keçirməyə başladılar. 2011-ci ilin yanvarında Tunis Prezidenti Zeynalabdin benƏli Səudiyyə Ərəbistanına qaçdı.

Nəticədə ölkədəki bütün siyasi məhbuslar azad edildi. Etirazlar Tunisdə 223 nəfərin ölümünə səbəb oldu. İŞİD-in ölkədə təsiri artdı. İndiyə qədər İŞİD sıralarına xaricdən qatılanların böyük bir hissəsi Tunis vətəndaşlarıdır.

Əlcəzair

2010-cu il dekabrın 28-də Əlcəzairdə etirazlar artmağa başladı. 2011-ci il yanvarın 8-də Blide şəhəri yaxınlığında polislə etirazçılar arasında toqquşma baş verdi. Etirazların böyüməsi ölkə prezidenti Abdel Əziz Buteflikanın geri addım atmağına səbəb oldu. Fevralın 3-də Buteflik yeni siyasi reformlarabaşlayacağını bəyan etdi. 1992-ci ildən bu yana ölkədə tətbiq edilən fövqəladə vəziyyət ləğv edildi. Əlcəzairdəki aksiyalar 8 nəfərin ölümünə səbəb oldu.

Livan

2011-ci il yanvarın 12-də ölkədə etiraz aksiyalarına start verildi.Etirazçılar dünyəvi, vətəndaş, demokratik dövlətin yaradılmasını tələb edirdilər. 13 martda Beyrutda keçirilən mitinqdə on minlərlə insan iştirak etdi. Mitinq iştirakçıları Hizbullahın silahı yerə qoymasını və Livan ordusunun tabeliyinə girməsini tələb etdilər. Livan etirazları tezliklə dayandı. Ölkədə baş tutan aksiyalarda 17 nəfər həlak oldu.

İordaniya

2011-ci il yanvarın 14-də İordaniyada genişmiqyaslı etirazlar başladı. Müxalifət kral II Abdulladan Baş nazir Samir Rifainin istefasını tələb etdi. Böhranın daha da dərinləşməsini istəməyən kral tezliklə Nazirlər Kabinetini istefaya göndərdi. İordaniya etirazları 1 nəfərin ölümünə səbəb oldu.

Mavritaniya

2011-ci il yanvarın 17-də Mavritaniyanın paytaxtı NuakşotedəMavenerala Məhəmməd Əbdül Əziz rejiminə etiraz olaraq, 43 yaşlı Yaqub UldDaxud özünü yandırdı.Daxud sonradan xəstəxanaya çatdırılsa da indiyə qədər onun taleyi haqqında heç bir dəqiq informasiya yoxdur. Bundan sonra ölkədə Əbdül Əziz rejiminə qarşı etirazlara start verildi. Lakin bütün bunların qarşısı qısa zaman çərçivəsində alındı.

General Mavenerala Məhəmməd Uld Əbdül Əziz 2008-ci ildə çevriliş nəticəsində hakimiyyətə gəlib. O, 2009-cu ildə keçirilən seçkilərdə ölkə prezidenti olub.

Sudan

Yanvarın 17-də Mavritaniya ilə yanaşı Sudanda da etirazlara start verildi. Etirazlar müxalifətin məşhur lideri Həsən Turabinin həbsi ilə başladı. Ayın sonunda isə paytaxt Xartumda 15 min tələbənin iştirakı ilə mitinq baş tutdu. Mitinq iştirakçıları hökumətin istefasını tələb etdilər. Sudan hakimiyyəti buna qarşı sərt addımlar atdı. Mitinqlər polis tərəfindən güc tətbiq edilərək dağıdıldı, 10 jurnalist həbs edildi. Qərbin Sudan hakimiyyətinə qarşı sərt mövqeyi 2011-ci ilin iyulunda Cənubi Sudanın müstəqil ölkə kimi tanınmasına və BMT-nin 193-cü üzvü olmasına səbəb oldu. Baş nazir Ömər Bəşir isə 2015-ci ildəki seçkilərdə iştirak etməyəcəyini bəyan etdi.

Oman

Yanvarın 17-də Omanda da etirazlar başladı. 200 nəfər etirazçı əmək haqlarının qaldırılması tələbi ilə mitinq keçirdi. Bu aksiya ölkəni daima stabil bir yer kimi tanıyan reportyorların təəccübünə səbəb oldu. 19 fevralda isə etirazçılar həyatın bütün sahələrində dəyişikliklərlə bağlı nümayişlər keçirdilər. Fevralın 28-də etirazlar pik həddə qalxdı. Nəticədə Sultan Kabus bin Seyd geriyə addım atdı. Tezliklə, ölkədə maaşlar iki dəfə artırıldı, hökumətin bir sıra nümayəndələri istefaya göndərildi və parlamentə yeni hüquqlar verildi. Oman aksiyaları 8 nəfərin ölümünə səbəb oldu.

Yəmən

Yanvarın 18-də Yəməndə Prezident Əli Abdullah Salehə qarşı etirazlar başladı. Əhali Salehin dərhal istefasını istədi. Bir müddət sonra daha da kəskinləşən etirazlar Salehin bəyanat yaymasına səbəb oldu. O, yalnız toxunulmazlıq hüququ veriləcəyi təqdirdə istefaya gedəcəyini açıqladı. Qarşıdurmaların artması Salehin 23 noyabrda hakimiyyəti ölkənin vitse-prezidentinə verməyinə səbəb oldu.

Yəmən etirazlarında 1870 nəfər qətlə yetirildi. Lakin hər şey bununla bitmədi. 2015-ci ildə ölkədəki şiələr hakimiyyətə qarşı etirazlara başladılar. Tezliklə paytaxt Səna ələ keçirildi. Yeni prezident ölkədən qaçdı. Səudiyyə Ərəbistanının rəhbərliyi altında yaradılmış koalisiya isə husilərə qarşı müharibə elan etdi. Eks-prezident Əli Abdullah Saleh husilərin mövqeyini müdafiə etdiyini açıqladı.

Səudiyyə Ərəbistanı

21 yanvarda 65 yaşlı kişi özünü Samta şəhərində yandırdı. Bunun nəticəsi olaraq 29 yanvarda Ciddə şəhərində etirazlar başladı. Mitinqin başlanmasından 15 dəqiqə sonra polis bunun qarşısını aldı və 50-yə yaxın şəxs həbs olundu. Fevralın 23-də Səudiyyə Ərəbistanının mərhum kralı Abdulla ibn Əbdüləziz ölkədə maliyyə islahatlarına başladı. Əhalinin maaşı 15% artırıldı. Lakin aksiyalar bununla dayanmadı. Şiələrin yaşadığı bölgələrdə etirazlar mart ayında yenidən gücləndi. Qısa zaman çərçivəsində hüquq mühafizə orqanları etirazların qarşısını aldılar. Nəticədə dörd nəfər xəsarət aldı.

Misir

25 yanvar 2011-ci ildə Misirdə etirazlar başladı. Etirazlar qısa müddət ərzində bütün ölkəyə yayıldı. Misir Prezidenti Hüsnü Mübarək bunun nəticəsi olaraq 29 yanvarda hökuməti istefaya göndərdi və gələn prezident seçkilərində iştirak etməyəcəyini açıqladı. Lakin bu addım xalqı sakitləşdirmədi. Polislərlə toqquşmalar artdı və fevralın 11-də Mübarək istefaya getdi. Daha sonra isə o, ev dustaqlığına məhkum edildi. Müsəlman Qardaşları təşkilatından olan Məhəmməd Mursi ölkə rəhbərliyinə gətirildi.

2012-ci ildə Misirdə etirazlar yenidən aktivləşdi. Bu dəfə hədəf Məhəmməd Mursi oldu. Tezliklə Müdafiə naziri Əbdül Fəttah əl Sisi hakimiyyətin devrildiyini bəyan etdi. Mursi həbs edildi. Ölkədə yeni həbslər dalğası başladı.

Misir etirazları 875 nəfərin ölümünə səbəb oldu. Ölkədə ekstrimistlərin mövqeyi gücləndi. İŞİD Sinay yarımadasında aktivliyini artırdı. Misirin kəşfiyyat sistemi demək olar ki, məhv səviyyəsinə çatdırıldı.

Suriya

Misirdə mitinqlərin başlanmasından bir gün sonra Suriyada da etirazlar başladı. Fevralın 4-də Feysbuk vasitəsilə hökumətə qarşı mitinqlərə çağırışlar edildi. Aprelin 20-də Prezident Bəşər Əsəd ölkədə 48 il davam edən fövqəladə vəziyyəti ləğv etdi. Bu, əhalini sakitləşdirməyə kifayət etmədi. Aprelin 22-də baş verən mitinq nəticəsində 72 nəfəretirazçı qətlə yetirildi. Əsəd hökumətinə qarşı şiddət artdı. Bununla da ölkədə vətəndaş müharibəsi başladı. Nəticədə ölkə parçalandı, islamçı ekstemistlərin mövqeləri həddən artıq gücləndi və onminlərlə insan həlak oldu. Böhran Avropaya Yaxın Şərqdən miqrant axınını artırdı.

Vətəndaş müharibəsi hələ də davam edir.

Cibuti

28 yanvarda etirazlar başladı və dövlət binaları zəbt edildi. Tezliklə, hökumət sərt addımlar atdı. Nəticədə müxalifət liderləri həbs olundu, beynəlxalq müşahidə qrupu ölkədən qovuldu. Etiraz aksiyaları 2 nəfərin ölümünə səbəb oldu.

Mərakeş

Yanvarın 30-da etirazların hədəfi Mərakeş oldu. Tezliklə, ölkənin ən böyük şəhərlərində minlərlə insan küçələrə çıxdı. Etirazçılar kralın hakimiyyətinin məhdudlaşdırılmasını və sosial problemlərin həll edilməsini tələb edirdilər. Mitinqlərin həcminin böyüməsi Kral VI Məhəmmədin güzəştə getməsinə səbəb oldu. Kralın əmri ilə xalqa iqtisadi imtiyazlar verildi, bir sıra vəzifəli şəxslər həbs olundu və rüşvətxorluğa qarşı sərt qərarlar qəbul olundu. Mərakeşdə etirazlar zamanı 7 nəfər həlak oldu.

İraq

Fevralın 10-da İraqda Nuriəl Maliki hakimiyyətinə qarşı etirazlar başladı. Onsuz da ABŞ işğalından sonra vəziyyəti ağır olan ölkə daha bir çətin vəziyyətə düşdü. Xalq qısa müddət ərzində əsas dövlət binalarını ələ keçirdi. Maliki geri çəkilməli oldu. O, növbəti seçkilərdə namizəd olmayacağını bildirdi və bütün vilayət rəhbərləri istefa etdi. Bu etirazlar 35 nəfərin ölümünə səbəb oldu. Ölkədəki etirazlar vəziyyəti daha da pisləşdirdi və tezliklə, radikal qrupların fəaliyyətləri üçün şərait yarandı. İŞİD ölkənin əsas neft bazaları ələ keçirdi.

Bəhreyn

Fevralın 14-də Bəhreynin paytaxtı Manamada siyasi reformların keçirilməsi tələbi ilə aksiya başladıldı. Tezliklə paytaxta ordu yeridildi. Lakin ölkə rəhbərliyi bununla kifayətlənməyərək, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə ölkəyə ordu göndərilməsini xahiş etdi. Ölkədə kütləvi həbslər başladı. 2013-cü ilə qədər Bəhreyndə 3000 nəfər həbs edildi. Hökumət çevrilişinə cəhdəgünahlandırılan 8 nəfər müxalifətçi ömürlük həbs cəzasına məhkum edildi. 2011-ci il aksiyaları zamanı 51 nəfər qətlə yetirildi.

Etirazların nəticəsi olaraq, Kral Hamad ibn İsa iqtisadi islahatlara başladı.

İran

Bəhreynlə eyni gündə İranda da aksiyalara start verildi. Xırda aksiyalar şəkilində başlayan etirazlar qısa müddət ərzində bütün İranı bürüdü və "Yaşıl hərəkat" adlandı. Etirazçılar seçkilərin saxtalaşdırılması, insan hüquqlarının pozulması, korrupsiyanın artmasına etiraz edirdilər. Bütün tələblərə baxmayaraq, İran hökuməti bir addım belə geri çəkilmədi. Prezident Əhmədi Nejat müxaliflərə qarşı sərt addımlar atdı. Tezliklə polisin yardımına 1500 Hizbullah üzvü göndərildi. 2012-ci ilin əvvəlində İran polisi İspaniyanın bu ölkədəki konsulunu müxaliflərə dəstək verməkdə ittiham edərək, həbs etdi. Bu, İspaniya ilə İran arasında diplomatik qalmaqala səbəb oldu. Az sonra isə müxalifət liderlərinin hamısı həbs edildi. Aksiyalar zamanı 3 nəfər öldürüldü.

Liviya

Fevralın 17-də ölkənin paytaxtı Tripolidə etiraz aksiyaları başladı. Mitinqlər, tezliklə, ölkənin şərqinə yayıldı. Liviyanın mərhum lideri MüəmmarQəzzafinin hadisələrə sərt reaksiya verməsi və güc tətbiq etməsi vətəndaş müharibəsinin başlanmasına səbəb oldu. Lakin Qərbdən, xüsusilə NATO-dan böyük dəstək alan müxalifət liderləri hakimiyyəti ələ keçirdilər. Qəzzafinin əldə etdiyi bütün uğurlar bir günün içərisində məhv edildi. Liviya lideri anadan olduğu Siirt şəhərində kütlə tərəfindən linç edilərək, vəhşicəsinə öldürüldü.

Liviyadakı vətəndaş müharibəsi 30.000 insanın ölümünə səbəb oldu. Ölkədə siyasi və iqtisadi vəziyyət pisləşdi. Mərkəzi hökumətin gücü zəiflədi. Ekstremist qrupların tərəfdarlarının sayı artdı. İŞİD Suriya və İraqdan sonra ən aktiv zona kimi Liviyada fəallaşdı.

Küveyt

Fevralın 18-də yerli əhali ilə hökumət arasında münasibət gərginləşdi. Böyük aksiyalardan çəkinən hökumət əhali ilə qarşıdurmanı uzatmadı. Küveyt hökumətindəki bir neçə nazir həbs olundu.

Tarix
2015.12.19 / 09:18
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla