Yuxarı

Priqojin və sağ əli Utkin öldümü? – Təsdiq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Priqojin və sağ əli Utkin öldümü? – Təsdiq

2023.08.23. 22:58

“Vaqner” rəhbəri Yevgeni Priqojini şəxsən tanıyan insanlar onun və sağ əli Dmitri Utkinin ölüm xəbərini təsdiqləyir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

İddia edilir ki, şəxsi təyyarədə olan 7 sərnişin Priqojin də daxil olmaqla, “Vaqner”in komandanlığında təmsil olunan şəxslərdir.

Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa gedən şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 3 ekipaj üzvü və 7 sərnişinin hamısının öldüyü bildirilir. İndiyə qədər 8 nəfərin meyiti tapılıb.

Sərnişinlərin siyahısında Yevgeni Priqojinin də adı var.

Şahidlərin sözlərinə görə, təyyarə qəzaya uğramazdan öncə iki dəfə güclü partlayış səsi eşidilib. Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu da iddia edilir.

***

"Gray Zone" Teleqram kanalı təyyarənin qalıqları altından çıxarılan 7 (Rusiya FHN 8 cəsəd çıxarıldığını bildirib) cəsəddən ikisinin Yevgeni Priqojin və Dmitri Utkinə aid olduğunun müəyyən edildiyi haqda məlumat yayıb.

***

“Rosaviasiya” Yevgeni Priqojin və Dmitri Utkinin qəzaya uğrayan təyyarənin göyərtəsində olduğunu təsdiqləyib.

Tarix
2023.08.24 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla