Yuxarı

Kremldən mediaya tapşırıq: Geri qayıdan hərbçilər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremldən mediaya tapşırıq: Geri qayıdan hərbçilər...

Kreml təbliğat mediasına Ukraynaya qarşı müharibədən qayıdan rusiyalı hərbçilərin törətdiyi cinayətlərlə bağlı xəbərləri dərc etməməyi tapşırıb.

Axar.az xəbər verir ki, bu barədə “Meduza” mənbələrə istinadən yazıb.

Tapşırıq ona görə verilib ki, ruslar öz əsgərlərini potensial cinayətkar hesab etməsinlər və onların qayıdışından qorxmasınlar.

“Həqiqətən nəzakətli, həssas və qayğıkeş insanların cəbhədən qayıtdığını göstərmək istəyi var”, - deyə mənbələrdən biri bildirib.

Eyni zamanda vurğulanıb ki, əvvəllər hökumətyönlü medianın bəziləri yaxşı tiraj gətirdiyi üçün əsgərlərin cinayətlərindən yazırdı.

Qeyd edək ki, cari ilin cəmi 7 ayı ərzində Ukraynadakı müharibədən qayıdan rus hərbçilər ən azı 17 nəfərin ölümündə günahlandırılıb.

Tarix
2023.10.25 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla