Yuxarı

İsraili tənqid edən repressiyaya məruz qalır - BMT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsraili tənqid edən repressiyaya məruz qalır - BMT

Qərbdə İsrailin işğal olunmuş Fələstin ərazilərindəki siyasətini tənqid edən jurnalistlər, idmançılar və tələbələr senzura və təqiblərə məruz qalırlar.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) yaydığı bəyanatda deyilir.

"İsraildə və Qərb ölkələrində İsrailin işğal olunmuş ərazilərdə apardığı siyasət və əməliyyatlar haqqında tənqidi məlumat verən və ya Fələstin tərəfdarı fikirlər ifadə edən jurnalistlər və media orqanları təhdidlərə, hədə-qorxulara, ayrı-seçkiliyə və repressiyalara məruz qalıb. Bu, özünüsenzura riskini artırır, mətbuat azadlığı və ictimaiyyətin məlumat əldə etmək hüququ üçün zəruri olan məlumatların müxtəlifliyini pozur”, - sənəddə deyilir.

Bəyanatda həmçinin bildirilir ki, İsraildə ən azı bir media qurumu "qərəzli münasibət" iddiasına görə bağlanmaqla hədələnib və sosial media platformaları qeyri-mütənasib və əsassız olaraq Fələstinə dəstək məzmunlu paylaşımları silib.

Tarix
2023.11.24 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla