Yuxarı

Bakı metrosunda generatorlar niyə işə düşməyib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunda generatorlar niyə işə düşməyib?

Bugünkü hadisə Bakı Metropolitenin tunelində baş verdiyindən dizel generatorlardan istifadə edilməsi qeyri-mümkün idi.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bugünkü hadisənin səbəbi texniki insident olub:

"Hadisə Bakı Metropolitenin tunelində, aralıq kabeldə baş verdiyindən məhz ehtiyat elektrik enerjisi mənbəyi kimi dizel generatorlardan istifadə edilməsi qeyri-mümkün idi. Bununla belə Bakı Metropoliteni normativ tələblərinə uyğun sərnişinlərin təxliyəsi tam və hər hansısa insidentsiz başa çatdırıb".

B.Məmmədov qeyd edib ki, Bakı Metropoliteninə elektrik enerjisinin verilməsində problem yaranarsa, dizel generatorlar dərhal qoşulur:

"Bakı Metropoliteni xətlərində həm qatarların, həm işıqlanma sistemi, həm də digər infrastrukturun, o cümlədən sanitariya qurğusu kimi ventilyatorların, nasosların, eskalatorların fəaliyyəti tam təmin olunur. Yəni həmin hadisə Bakı Metropoliteninə elektrik enerjisinin verilməsində fasilə yarandıqda olur. Qeyd etdiyim hadisə isə Bakı Metropoliteninin tunelində, kabeldə qısaqapanma nəticəsində baş verib".

Tarix
2026.04.21 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla