Yuxarı

Lukaşenkonu Avropaya yenə buraxmadılar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenkonu Avropaya yenə buraxmadılar

Avropa Birliyi daha bir il müddətinə Belarus rəsmilərinə və hökumətə yaxın kompaniyalara qarşı sanksiyaları uzadıb. Müəssisələrin 5 maddə, məmurların sayının 13 nəfər azalmasına baxmayaraq, ekspertlər qorxur ki, bu sanksiyalar Minski Brüssellə dialoq aparmaqdan çəkindirəcək.

"Axar.az"ın məlumatına görə, AB-nin mətbuat katibi sanksiyaların uzadılmasının səbəbini siyasi məhbusların hələ də azad, insan hüquqları, qanunun aliliyi və demokratik prinsiplərdə təkmilləşmə olmaması ilə izah edib. Siyahıdan çıxarılanlar isə sadəcə işdən çıxanlardı və 5 müəssisə isə bircə nəfərin - Peftiyevindir. O isə sanksiyalardan qurtulmaq üçün 1 milyon ödəməyə də hazır idi. Hazırda 232 nəfər və 25 kampaniyanın AB-yə girişi qadağandır. Bu kompaniyalar isə Belarusda böyük biznes qura bilər, lakin onlar Lukaşenkonun hər istəyini yerinə yetirir.

Minsk isə sanksiyalara təmkinlə yanaşsa da, sanksiyaların perspektivsiz olduğunu və tamamilə ləğv olunması gərəkdiyini bildirib.

Müxalifətin də münasibəti sanksiyalara qarşı birmənalı olmayıb. Radikal müxalifətçilər Avropanın ixtisarlarını ikiüzlülük hesab edib, liberallar isə bunun müsbət bir hal və gələcəyə yeni addım olduğunu bildirib.

Ekspertlər isə bu qərarın "qərar olmadığını" və sadəcə sanki bir iş görülüb kimi göstərmək üçün qəbul olduğunu bildiriblər: "Bir tərəfdən sanksiyaların müddətini uzadırlar, digər tərəfdən siyahını azaldırlar".

Ekspertlərdən biri Aleksandr Milinkeviç bildirib ki, Lukaşenko demarş elan edib Vilnüsdəki sammitə məhəl qoymaya, hətta "Şərq tərəfdaşlığı"nı tərk edə bilər. Moskvanın "birmənalı dəstəy"i sayəsində "Minsk AB ilə münasibətin inkişafında maraqlı deyil".

Tarix
2013.11.01 / 09:22
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla