Yuxarı

ABŞ bununla gürcü xalqını təhqir etdi - Kobaxidze

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın "Xarici təsirin şəffaflığı haqqında" qanuna görə Tiflisə tətbiq etdiyi sanksiyalar qeyri-ciddi və təhqiredicidir.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Berlində Ukraynanın bərpasına dair konfransda deyib.

“Bir daha vurğulamaq istərdim ki, sanksiyalar ciddi deyil, lakin qeyri-ciddiliklə yanaşı, sanksiyalar ölkəmiz və xalqımız üçün təhqiramizdir.

Bu, həmçinin tərəfdaşlıq ruhuna uyğun deyil, ona görə də ümid edirəm ki, buna yenidən baxılacaq. ABŞ və Avropa Birliyi ilə münasibətləri dərinləşdirmək bizim maraqlarımıza uyğundur. Həm amerikalı tərəfdaşlar, həm də AB nümayəndələri tərəfindən bu istiqamətdə qarşılıqlı addımlar görmək bizim üçün vacibdir. Bu, gürcü xalqına və gürcü dövlətinə düzgün münasibət olardı. Mən hər kəsi praqmatik addımlar atmağa və xalqımıza düzgün, ədalətli münasibət göstərməyə çağırıram”, - deyə İrakli Kobaxidze bildirib.

Xatırladaq ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi qəbul olunduqdan sonra ABŞ Gürcüstan rəsmilərinə sanksiya tətbiq edib.

Tarix
2024.06.11 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çində Şahbaz Şəriflə görüşdü

Fransa səfiri Azərbaycanı tərk etdi - Foto

Əliyev Maldiv prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Çində Ərdoğanla görüşdü - Foto

ŞƏT ölkələrinin Dövlət Başçıları Şurasının iclası başladı

Əliyevin Lukaşenko ilə görüşü Kremli qıcıqlandırdı - Politoloq

Kremldən Əliyev-Putin görüşü ilə bağlı açıqlama

Paşinyanla görüşdən sonra Azərbaycan nümayəndələri... - Uşakov

Lukaşenko, İlham Əliyev və Şərif Çində görüşdü

Tiencində dövlət başçılarının şərəfinə ziyafət verildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla