Yuxarı

Knessetdən Fələstin əleyhinə qərar - Lapid zalı tərk etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Knessetdən Fələstin əleyhinə qərar - Lapid zalı tərk etdi

İsrail parlamenti böyük səs çoxluğu ilə Fələstin dövlətinin yaradılmasını rədd edən qətnamə qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” nəşri məlumat yayıb.

“İsrail Knesseti İordaniyanın qərbində Fələstin dövlətinin yaradılmasının qəti əleyhinədir. İsrail torpağının qəlbində Fələstin dövlətinin yaradılması İsrail dövləti və onun vətəndaşları üçün ekzistensial təhlükə yaradacaq, İsrail-Fələstin münaqişəsini davam etdirəcək və regionda sabitliyi pozacaq”, - qətnamədə bildirilib.

Həmçinin vurğulanıb ki, Fələstin dövləti yaradılarsa, tezliklə hakimiyyəti HƏMAS ələ keçirib, onu radikal islam terroru üçün bazaya çevirəcək.

Qətnamənin əleyhinə keçmiş xarici işlər naziri Yair Lapidin sol mərkəzçi Yeş Atid Partiyası çıxıb. Partiya etiraz olaraq parlament zalını tərk edib.

Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasın sözçüsü Nabil Əbu Rudeynə səsverməyə cavab olaraq bildirib ki, paytaxtı Şərqi Qüds olan Fələstin dövləti qurulmadan heç kim üçün sülh və təhlükəsizlik yoxdur.

Tarix
2024.07.18 / 15:42
Müəllif
Cəlal İsgəndərov
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla