Yuxarı

Türkiyə olmasaydı, Xocalıdakı hadisələr Kiprdə də baş verərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə olmasaydı, Xocalıdakı hadisələr Kiprdə də baş verərdi

Türkiyə olmasaydı, Kritdə, Şuşada, Xocalıda olanlar Kiprdə də baş verərdi. Adamızda da etnik mənsubiyyətə görə türklərə qarşı kütləvi qırğınlar baş verib.

Axar.az xəbər verir ki, bunu iyulun 18-də Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Zorlu Törə Lefkoşada Azərbaycan nümayəndə heyəti ilə görüşündə bildirib.

ŞKTC parlamentinin binasında keçirilən görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, VI çağırış Milli Məclisin deputatları - Hikmət Məmmədov, Musa Quliyev, Fatma Yıldırım, Fazil Mustafa və Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev iştirak ediblər.

Z.Törə qeyd edib ki, Osmanlı dövlətinin Kipri tərk etdikdən sonra 96 il ərzində kipr türkləri təzyiqlərlə üzləşiblər.

“Türkiyə Silahlı Qüvvələrinin Kiprdə 1974-cü il iyulun 20-də başlayan sülhməramlı əməliyyatı qanunsuzluğa son qoydu”, - deyə ŞKTC parlamentinin sədri qeyd edib.

Z.Törə Türkiyə Silahlı Qüvvələrinin əməliyyatını Kipr türklərinin qürur mənbəyi adlandıraraq, türk qoşunlarının desantının ildönümünün ŞKTC sakinləri üçün ən böyük bayram olduğunu vurğulayıb.

O qeyd edib ki, məhz Türkiyənin sayəsində Kipr türkləri artıq 50 ildir ki, azad və təhlükəsiz yaşayırlar. “Yaxşı ki, Türkiyə var, türk dünyası və Azərbaycan var. Biz bir türk millətinin hissələriyik!”, – deyə ŞKTC parlamentinin sədri bildirib.

VI çağırış Milli Məclisin deputatı Əhliman Əmiraslanov da öz növbəsində Türkiyə Silahlı Qüvvələrinin Kiprdəki sülhməramlı əməliyyatının 50-ci ildönümü ərəfəsində Lefkoşada olmaqdan məmnunluğunu ifadə edib. O, tədbirlərin yüksək səviyyədə təşkilinə görə ŞKTC rəhbərliyinə minnətdarlığını bildirib.

Tarix
2024.07.19 / 00:56
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla