Yuxarı

Makron Pezeşkiandan xahiş etdi və söz verdi ki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron Pezeşkiandan xahiş etdi və söz verdi ki...

Xəbər verdiyimiz kimi, ötən gün Fransa lideri Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkiana zəng edib.

Axar.az xəbər verir ki, bu barədə Yelisey sarayı da açıqlama yayıb.

Qeyd edilib ki, Fransa rəhbəri həmsöhbətini Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olmamaq üçün Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə qisas məntiqindən imtina etməyə çağırıb.

“Yeni hərbi eskalasiya heç kimə, o cümlədən İrana sərfəli deyil”, - Makron bildirib.

Makron həmçinin vurğulayıb ki, Fransa İranın beynəlxalq öhdəliklərinə əməl edəcəyi təqdirdə regionda sülh və sabitliyin təmin edilməsinə kömək edəcək “siyasi çərçivə” variantlarının araşdırılmasına kömək etməyə hazırdır.

Pezeşkian isə Makrondan İsrailə Qəzza zolağında hərbi əməliyyatları dayandırmaq üçün təzyiq göstərməyi tələb edib.

Tarix
2024.08.08 / 09:47
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla