İranın gəmilərinin 92%-ni məhv etmişik - ABŞ
02:23
| Ana səhifə Planet |
|
Ukraynanın 225-ci Əlahiddə Hücum Batalyonunun Rusiyanın “Əhməd” bölməsinin hərbçilərini əsir götürüb.
Axar.az xəbər verir ki, bununla bağlı briqada Teleqram kanalında görüntülər yayıb.
Görüntülərdə 2 tağım komandiri (1-ci yol polisi alayı və 1 hərbi hissə), 2 qərargah rəisi və 1 tabor rotası komandiri olmaqla, “əhməd”çilərin sənədləri təqdim olunub.
Briqadanın yaydığı digər görüntüdə əsir düşən “Əhməd” dəstəsinin üzvlərinin görüntüləri də yayılıb.
Rusiyanın hökumətyönlü “VÇK-OQPU” Teleqram kanalı isə əsir düşənlərin Kursk vilayətinin Federal Penitensiar Xidmətinin əməkdaşları olduğunu bildirib.
Qeyd edək ki, “Əhməd” dəstəsinin komandiri Apti Alaudinov ötən gün heç bir döyüşçüsünün əsir düşmədiyini bildirmişdi.
|
Tarix
2024.08.13 / 14:16
|
Müəllif
Vüsalə İsgəndərova
|