Yuxarı

Narinin bacısı da öldürülüb? - Şok faktlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narinin bacısı da öldürülüb? - Şok faktlar

Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaqı davam edir.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Narinin daha əvvəl dünyasını dəyişən bacısı Tülin Güran işini araşdıran prokurorlar onun ölümü ilə bağlı işi də yenidən qaldırıblar.

Yataq xəstəsi olduğu deyilən və 2009-cu ildə Diyarbəkir Uşaq Xəstəxanasında tənəffüs çatışmazlığından vəfat edən Tülinin ölümü ilə bağlı da istintaq başladılıb.

Prokurorluq Diyarbəkir Uşaq Xəstəxanasına məktub yazaraq Tülin Güranın ölümü ilə bağlı bütün məlumatları, sənədləri və faylları tələb edib.

Qeyd edək ki, Narin Güranın ailəsində əvvəllər də şübhəli ölümlərin baş verdiyi məlum olub.

Belə ki, Narinin 2011-ci ildə ölən 1988-ci il təvəllüdlü əmisinin də ailədaxili münaqişə zəminində qətlə yetirildiyi bildirilir. İddiaya görə, pambıq tarlasında işləyən əmi ov tüfəngi ilə vurulub, lakin hadisə təsadüfi atəş açılması kimi qələmə verilib.

Həmçinin Narinin böyük bacısının ölüm səbəbi olaraq pilləkənlərdən yıxılması göstərilib və cəsəd yarılmadan dəfn edilib.

Tarix
2024.09.11 / 13:47
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla