Yuxarı

Rusiyaya raket daşıyan gəmi Xəzər dənizində...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya raket daşıyan gəmi Xəzər dənizində...

İranın ballistik raketlərini daşımaqda şübhəli bilinən Rusiya gəmisi sentyabrın 4-də Xəzər dənizindəki Həştərxan şəhərinin Olyada limanında görüntülənib.

Axar.az xəbər verir ki, bu barədə CNN telekanalı Mikser Texnologiyalar Şirkətinin peyk görüntülərinə istinadən məlumat yayıb.

Bildirilib ki, balistik raketlər daşımaqda şübhəli bilinən yük gəmisi sonuncu dəfə avqustun 29-da İranın Əmirabad limanına yanaşıb və sonra izləmə sistemini söndürüb.

ABŞ-ın Maliyyə Nazirliyi isə sentyabrın 10-da Rusiya Müdafiə Nazirliyinin İrandan Rusiyaya yaxın mənzilli ballistik raketlərin daşınması üçün “Port Olya 3” gəmisindən istifadə etdiyini açıqlayıb.

“2024-cü il sentyabrın əvvəlində Rusiya İrandan yaxın mənzilli ballistik raketlərin ilk partiyasını aldı”, - nazirlik bildirib və “Port Olya 3” gəmisinə, eləcə də digər gəmilərə və bir neçə İran vətəndaşına qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Peyk görüntüləri ABŞ Dövlət katibi Entoni Blinkenin Londonda Vaşinqtonun İranın Rusiyaya “Fateh 360" ballistik raketlər göndərdiyinə inandığını və yaxın həftələrdə onlardan ukraynalılara qarşı istifadə ediləcəyini söyləməsindən bir gün sonra yayımlanıb.

“Fateh 360” raketi 120 km-ə qədər uçuş məsafəsinə malikdir və 150 ​​kq partlayıcı yük daşıya bilir. Partlayıcı çəkisi bir çox Rusiya aviasiya bombalarından az olsa da, o, Ukraynanın cəbhə xəttindəki mövqelərini uzaq məsafədən hədəfə almaq üçün effektlidir və ballistik xüsusiyyətlərinə görə onun qarşısını almaq çox çətindir.

Tarix
2024.09.12 / 12:52
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla