Yuxarı

Netanyahu son iclası keçirir: İrana zərbə qərarı…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahu son iclası keçirir: İrana zərbə qərarı…

İranın raket hücumuna necə və nə vaxt cavab verəcəyini müəyyən etmək üçün İsrail Baş naziri Benyamin Netanyahu bu axşam yüksək səviyyəli təhlükəsizlik məsləhətləşmələrinin sonuncusunu keçirir.

Axar.az xəbər verir ki, bu barədə “Kanal 12” məlumat yayıb.

Media nazirlikdəki mənbələrə istinadən İsrailin “ayətullah rejimindən ağır qiymət tələb edəcəyini” bildirib.

Qeyd edilib ki, gözlənilən sərt cavab Bayden administrasiyası ilə yaxından əlaqələndirilir, Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında tezliklə telefon danışığı ola bilər.

Xəbərdə deyilir ki, İsrailin cavab tədbirinin bir neçə gün ərzində baş tutacağı gözlənilir.

Mənbələrin sözlərinə görə, İsrail bu hücumu cavabsız qoya bilməz və qoymayacaq, sadəcə, bir neçə variant nəzərdən keçirilir:

“İsrail həmçinin İrana qarşı yeni sərt sanksiyalar tətbiq etmək üçün Birləşmiş Ştatlara və ümumilikdə Qərbə güclü diplomatik təzyiq göstərməyə çalışır. İsrail İrana güclü zərbə endirmək üçün yalnız hərbi fəaliyyətlə kifayətlənmək istəmir”.

Media həmçinin İsrail Hərbi Hava Qüvvələrinin cavaba hazır olduğunu və siyasi rəhbərlikdən göstərişlər gözlədiyini vurğulayıb.

Tarix
2024.10.04 / 00:43
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla