Yuxarı

İrəvanda fəlakət ssenarisi: “Təcili güzəştə getməliyik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda fəlakət ssenarisi: “Təcili güzəştə getməliyik”

Ermənistan iqtisadi cəhətdən Azərbaycandan geri qalır və onun inkişafını izləyə bilmir. Buna görə biz Qarabağ məsələsində təcili olaraq güzəştə getməliyik. Nə qədər gec deyil, daha az itki ilə bu prosesi başa çatdırmalıyıq.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "1in.am" saytında yayımlanan məqalədə deyilir.

Erməni müəllif Yeqiazar Ayntabsinin qələmə aldığı məqalədə İrəvan rejimi 22 il ərzində xalqı aldatmaqda ittiham olunur: "I Qarabağ müharibəsində atəşkəsdən sonra 22 il ərzində biz 2200 dəfə eşidirdik ki, münaqişə artıq müharibə sferasından çıxaraq siyasi meydana keçib və burada diplomatiya, eləcə də iqtisadiyyat əsasdır. Amma hakimiyyət 22 il ərzində bunlardan heç birini etmədi. Əgər yarısını belə etsəydilər, onda "dördgünlük müharibə"də tamamilə başqa nəticə əldə edilər, Qarabağ münaqişəsinin nizama salınmasında həm daxili, həm də xarici dəstək qazanılardı. Uzun illər biz danışmağa öyrəşdik ki, Azərbaycanda neft və qaz var, biz iqtisadi cəhətdən onun arxasınca çata bilmirik. Amma biz bundan nəticə çıxara bilmədik. Hansı ki, burada iki fövqəladə nəticə əldə olunmalı idi.

Birincisi: bizdə obyektiv səbəbdən resurslar yoxdursa, iqtisadi rəqabətə dözə bilmiriksə, onda mümkün qədər tez güzəştə getməliyik.

İkincisi: ilk fikrin əksinə olaraq, biz milli birliyə nail olmalı idik".

Müəllif qeyd edir ki, birinci variant Levon Ter-Petrosyanın dövründə gündəmdə idi:

"90-cı illərin sonlarında belə qərar verilmişdi ki, güzəştə gedərək münaqişənin həllinə nail olunur. İkinci variant Robert Koçaryanın dövründə gündəmdə idi. Serj Sərkisyanın "dördgünlük müharibə"dən sonra Petrosyanla görüşməsi onun da birinci variant haqda düşündüyünü göstərir. Lakin artıq bu da çox gec görünür. Həqiqətən də, Azərbaycan öz neft və qazı ilə Ermənistanı geridə qoyub və biz çətin ki, onun səviyyəsinə çataq. Buna görə də daha çox itki vermədən təcili güzəştə getməliyik".

Ermənistanda dövlət bəhanəsi ilə "bandokratiya" yaradıldığını qeyd edən müəllif yazır ki, İrəvan hakimiyyəti daxilində Qarabağ məsələsində təcili güzəştə getməyin tərəfdarları var: "Lakin ümumi bandokratiya buna imkan vermir. Halbuki, bu, dövləti qorumaq yox, onu məhv etmək siyasətidir".

Tarix
2016.04.19 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla