Yuxarı

Kral Çarlzın iqamətgahına basqın: Nələr oğurlandı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kral Çarlzın iqamətgahına basqın: Nələr oğurlandı?

Böyük Britaniyada naməlum şəxslər III Çarlzın iqamətgahının ərazisinə daxil olaraq “İsuzu” markalı pikap və qırmızı rəngli kvadrosikl oğurlayıblar.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "San" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 13-də Vindzor qəsrində baş verib, lakin polis quldurluğu bazar günü, noyabrın 17-də təsdiqləyib. Naməlum maskalı basqınçılar iqamətgahın iki metrlik hasarını aşıb, texnikanın yerləşdiyi əraziyə daxil olub və orada gözdən itiblər.

Nəşrin mənbəsinin bildirdiyinə görə, onlar iqamətgahın mühafizə olunan darvazasını sındırmaq üçün pikapdan istifadə ediblər.

“Onlar çox güman ki, oğurluqdan əvvəl avtomobillərin harada saxlandığını bilirdilər. Necə və nə vaxt gizlənməyin daha yaxşı olduğunu da bilirdilər. Cinayətkarlar yəqin ki, bir müddətdir ki, Vindzor qəsrini izləyirdilər”, - deyə bir mənbə "San"a bildirib.

Bundan başqa, məlum olub ki, basqın zamanı Kral III Çarlzın böyük oğlu Şahzadə Uilyam və onun həyat yoldaşı Keyt Middlton və onların uşaqları Vindzor qəsrindən beş dəqiqəlik məsafədə yerləşən Adelaide kottecində olublar. Xərçəng xəstəliyinə tutulmuş Kralın özü o zaman Şotlandiyada, Kraliça Kamilla isə Hindistanda kurortda olub.

Cinayətkarlar hələ də tutulmayıb, araşdırma aparılır.

Tarix
2024.11.19 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Azərbaycan və İran arasında mühüm müzakirə

Avropadan Kərimlinin həbsinə reaksiya hamını heyrətləndirdi

Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi?

Qeyri-formal məşğul şəxslər belə müəyyən ediləcək - Nazir

Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yaydı

Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya

Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?

Estoniya Bakıda səfirliyini bu tarixdə açacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla