Yuxarı

2025-ci il üçün şok: Tramp bu sistemi alt-üst edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
2025-ci il üçün şok: Tramp bu sistemi alt-üst edəcək

“Saxo Bank” 2025-ci il üçün şokedici proqnozlar dərc edib.

Axar.az xəbər verir ki, bank saytında yaydığı hesabatda ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə əlaqədar dünyanın dollara alternativ axtarışını proqnozlaşdırıb.

“Trampın yeni administrasiyası qlobal maliyyə sistemini kütləvi rüsumlarla alt-üst etdikcə, dünya dollara alternativ tapmaq üçün mübarizə aparacaq. Ehtimal olunur ki, Tramp administrasiyası süni intellekt məlumat mərkəzlərinə vergi tətbiq edə bilər, çünki onlara görə elektrik enerjisinin qiymətləri sürətlə qalxır”, - hesabatda qeyd olunub.

Bundan başqa bank qeyd edib ki, “Nvidia” şirkəti Əpldan iki dəfə baha ola bilər.

Başqa bir şok ssenaridə bank OPEK-in elektrik avtomobillərindəki bumdan ciddi ziyan görəcəyini bildirib.

Bank qeyd edib ki, 2025-ci ilə qədər alimlər milyonlarla insanın ömrünü uzadacaq insan ürəyini 3D formatında çap edə biləcəklər.

“Saxo Bank” iqlim məsələlərinə də diqqət ayırıb. Qeyd olunub ki, iqlim dəyişikliyinin lazımi səviyyədə qiymətləndirilməməsi səbəbindən böyük sığorta şirkətləri 2025-ci ildə müflis olacaq.

Tarix
2024.12.04 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla