Yuxarı

Rusiya xahiş etdi, qüvvə göndərdik, indi geri çəkirik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya xahiş etdi, qüvvə göndərdik, indi geri çəkirik

2019-cu ildə, o cümlədən dost ölkələrdə Qərbin marionetləri adlandırılarkən, Qərbdə səslənən fikir və tələblərin əksinə olaraq Suriyaya bir qrup həkim və istehkamçı göndərdik.

Axar.az xəbər verir ki, bu sözləri dekabrın 4-də hökumət saatında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Biz oraya bir komanda göndərdik, çünki müttəfiqimiz (Rusiya nəzərdə tutulur – red.) bizdən xahiş etmişdi və onların köməyimizə ehtiyacı olduğunu bildirmişdi. Biz isə müttəfiq olmağın nə demək olduğunu göstərmək üçün bu xahişə müsbət cavab verdik. Biz yeganə KTMT ölkəsi idik ki, müttəfiqimizin xahişinə cavab verdik. Biz bunu ona görə etdik ki, münasibətlərin məhz bu keyfiyyətini təmsil etdiyimizi və öz müqavilə öhdəliklərimizə sədaqətimizi göstərək.

Halbuki həm o vaxt, həm də indi bizim hökumətə Qərbin marionetləri deyirlər. Qoy bu adamlar cavab versin. Qərb məndən ən yüksək səviyyədə xahiş etdi ki, missiya göndərmə, amma biz göndərdik və düzgün iş gördük. İndi biz geri çəkilmək qərarına gəldik və düz də etdik.

Təəssüf ki, bütün müttəfiqlərin münasibəti bizim təqdim etdiyimiz münasibətə uyğun gəlmir. Heç kimin bizi nədəsə ittiham etməyə haqqı yoxdur. Biz bütün müttəfiqlik öhdəliklərimizi yerinə yetirdik, lakin bizə münasibətdə müttəfiqlik öhdəlikləri yerinə yetirilmədi, çətin vəziyyətdə biz tək qaldıq. Belə bir fikir var ki, bizə xəyanət edilib və mənim bunu deyənləri əksinə inandırmağa arqumentim yoxdur”, - Paşinyan qeyd edib.

Tarix
2024.12.04 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla