Ana səhifə Planet |
Danimarka hökuməti Ukraynaya 292 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib.
Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, bu vəsait əsasən digər ölkələr tərəfindən Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü və F-16 təyyarələrinə texniki xidmət üçün istifadə olunacaq.
“Ukraynanın ən təcili ehtiyaclarından biri Rusiya raket və dronlarına qarşı müdafiədir. Buna görə də biz hava hücumundan müdafiə sahəsində əlavə yardıma üstünlük verdik”, – Danimarka Müdafiə Nazirliyindən qeyd edilib.
Hava hücumundan müdafiə sistemləri və F-16 təyyarələrinin texniki xidmətinə əlavə olaraq, yeni paketdən əldə edilən pullar sayı mətbuatda göstərilməyən CV90 piyada döyüş maşınlarının İsveçlə birgə tədarükünə xərclənəcək.
Bununla da müharibə başlayandan bəri Danimarkanın Ukraynaya yardımı 7,3 milyard dollara çatıb.
Tarix
2024.12.21 / 02:12
|
Müəllif
Axar.az
|