Yuxarı

Livan-Suriya sərhədində toqquşma: Yeni lider söz verdi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Livan-Suriya sərhədində toqquşma: Yeni lider söz verdi...

Livanın Baş naziri Nəcib Mikati Suriyanın yeni lideri Əhməd əş-Şara ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Livan hökumətinin X hesabında paylaşım edilib.

Tərəflər telefon danışığı zamanı ötən gün Suriya-Livan sərhədində baş verən silahlı toqquşmanı müzakirə edib.

“Söhbət zamanı Əhməd əş-Şara Suriyanın müvafiq idarələrinin birgə sərhəddə sakitliyi bərpa etmək üçün lazım olan hər şeyi etdiyini təsdiqləyib və baş verənlərin təkrarlanmasının qarşısını almağa söz verib”, - məlumatda bildirilib.

Qeyd edək ki, yanvarın 3-də Baalbek bölgəsinin şərqində Livana daxil olmağa çalışan bir qrup silahlı suriyalı ilə toqquşma zamanı Livanın 4 əsgəri yaralanıb. Xəbərdarlıq atəşinə cavab olaraq silahlılar qumbaraatanlarla ordunun patruluna hücum ediblər. Onların Suriya ilə sərhəddə yerləşən Sirğayə məntəqəsindən gələn qaçaqmalçılarla əlaqədə olduqları müəyyən edilib. Atışmadan sonra sərhədin bu hissəsində yerləşən ordu hissələri əlavə təhlükəsizlik tədbirləri görüb. Öz növbəsində Dəməşqdən sərhədə mexanikləşdirilmiş hərbi birlik göndərilib və bundan sonra Livan ərazisində atəş dayandırılıb.

Tarix
2025.01.04 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla