Yuxarı

Trampdan İrana şad xəbər: Strategiya dəyişdi!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampdan İrana şad xəbər: Strategiya dəyişdi!

ABŞ Prezidenti Donald Tramp deyib ki, İranın nüvə böhranının İsrailin bu ölkəyə zərbə endirmədən həll olunacağına ümid edir.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” nəşri yazıb.

“Bu açıqlama Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffu İran koordinatoru təyin etməyi planlaşdırdığı ortaya çıxdıqdan sonra gəldi və bu da onu göstərir ki, yeni administrasiya Tehranın nüvə proqramına hərbi yox, diplomatik yolla yanaşmaq niyyətindədir”, - nəşr bildirib.

Qeyd olunub ki, Tramp Oval kabinetdə jurnalistlərin “ABŞ İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləyəcəkmi” sualına cavab vermək istəməyib və deyib ki, bu məsələ ilə bağlı yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək.

“Ümid edirəm ki, bu, narahatlıq olmadan həll edilə bilər. Əgər daha bir addım atmadan bu məsələ həll olunsa, çox yaxşı olardı”, - Tramp qeyd edib.

Nəşr yazır ki, son günlər Tramp administrasiyası hərbi müdaxilədənsə, nüvə proqramını məhdudlaşdırmaq üçün İranla diplomatik razılaşma əldə etməyə çalışmaq istədiyini açıq şəkildə bəyan edir.

Tarix
2025.01.24 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla