Yuxarı

Namizəd İmamoğlu olacaq? - Yavaşdan sərt reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Namizəd İmamoğlu olacaq? - Yavaşdan sərt reaksiya

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş CHP sədri Özgür Özəllə görüşüb.

Axar.az “Milliyət” qəzetinə istinadən xəbər verir ki, M.Yavaş görüşdə partiya daxilində yayılan “CHP-nin 2028-ci il prezident seçkiləri üçün namizədi indi müəyyən edilməli və o namizəd İmamoğlu olmalıdır” kimi fikirlərə mövqeyini açıq şəkildə ifadə edib.

Bələdiyyə sədri Ö. Özələ bildirib ki, partiya rəhbərliyi seçkilərə namizədlik məsələsi əvəzinə pensiyaçıların vəziyyətini gündəmə gətirməlidir:

“Bu gün pensiyaçıların, minimum əmək haqqı alanların hüquqlarından, əhalinin vəziyyətindən danışmaq lazımdır. Partiya bu gün prezidentliyə namizədliyi müzakirə etməməli, ölkə gündəminə diqqət yetirməlidir. Bu məsələlə bizi yorar. Günü gələndə kimin namizəd olmaq istədiyini, kimin istəmədiyini, şərtlərin nəyi göstərdiyini danışacağıq. Düşünürəm ki, bu gün namizədlik müzakirəsinə girmək düzgün olmaz. Hər kəs öz işi ilə məşğul olmalıdır. Məsələn, mən Ankarada uğur qazanmaq üçün nə edə biləcəyimi düşünürəm. Bir gün soruşsalar ki, kim namizəd olmalıdır, necə olmalıdır, necə müəyyən edilməlidir? Onda fikrimi deyərəm”, - partiya sədri bildirib.

Tarix
2025.01.27 / 11:09
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla