Yuxarı

Rusiya Zelenskinin doğma şəhərini vurdu: ölənlər var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 5-i axşam saatlarında Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə raket zərbələri endirib.

Axar.az xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat yayıb.

Onun sözlərinə görə, raketlərdən biri otelə düşüb. Nəticədə 3 nəfər ölüb, 31 nəfər isə yaralanıb. Dağıntılar altında qalanların olduğu bildirilir.

Dnepropetrovsk Vilayət Administrasiyasının rəhbəri Sergey Lisak isə bildirib ki, raket hücumu nəticəsində otellə yanaşı 14 çoxmərtəbəli mənzil, poçt şöbəsi, mədəniyyət idarəsi, 12 mağaza və 20-yə yaxın avtomobilə ziyan dəyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Krivoy Roq şəhərində anadan olub.

Tarix
2025.03.06 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Gürcüstan XİN başçıları danışdı

Makronun çağırışı: Avropada xaos yaşanır!

Manukyandan etiraf: Maşınım “Bayraqdar”la vuruldu...

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - Foto

Bu ölkə Trampın təzyiqinə dözmədi: təslim oldu

İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi... - Deputat

Kreml Ağ Evə “köçüb”: Tramp hələ anlamır - İrandan baxış

Baş nazir Milli Məclisdə hesabat verəcək

Verdyan İlham Əliyevə müraciət etdi: Mənə sığınacaq verin

Siyasi partiyaların təmsilçiləri Xankəndiyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla