Yuxarı

İmamoğluya dəstək aksiyası: 16 polis yaralandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq ötən gün keçirilən aksiyalarda 16 polis yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

“Aksiyalarda 2911 saylı qanunu pozaraq, ictimai əmlaka ziyan vuran, polisin xidməti vəzifələrinin icrasına müqavimət göstərən 53 nəfər məsuliyyətə cəlb edilib”, - o bildirib.

Nazirin sözlərinə görə, “ictimai nifrət və düşmənçiliyə sövq etmək” və “cinayət törətməyə təhrik” iddiası ilə 72-si xaricdə olmaqla ümumilikdə 326 şübhəli sosial media istifadəçisi müəyyən edilib, onlardan 54 nəfər saxlanılıb, digərləri ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, korrupsiya və terrora dəstək ittihamları ilə İBB sədri Əkrəm İmamoğlu da daxil olmaqla, 106 nəfərə ittiham irəli sürülüb, onlardan 88 nəfəri həbs edilib. Digər şübhəlilər axtarışdadır.

Tarix
2025.03.21 / 13:17
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Türkiyəli ekspert İrəvanda: “Nəzarətsizlik” faydalıdır!

Si Szinpin İlham Əliyevi təbrik etdi

Paşinyanın bu xahişini Türkiyə rədd edə bilməzdi…

Ərdoğan açıqladı: Qarabağın azad edilməsindən sonra...

Türkiyədən Azərbaycanı məyus edən addımlar...

Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapıldı

Bu Novruz hamıya sülh gətirsin - Quterreş

AB rəsmisi Praqada Bakı və İrəvan arasında sülhdən danışdı

Putin Əliyevi təbrik etdi

Ərdoğan Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla