Yuxarı

Kallas Orta Dəhlizdən danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kallas Orta Dəhlizdən danışdı

Avropa Birliyi (AB) təxminən 90 milyon avro maliyyə vəsaiti ayırdığı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) Mərkəzi Asiyada regional qarşılıqlı əlaqənin təmin edilməsi üçün böyük əhəmiyyət daşıyır.

Axar.az xəbər verir ki, bunu AB-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Onun sözlərinə görə, hazırda Mərkəzi Asiya təkcə resursları və regional sabitlik üçün coğrafi əhəmiyyəti baxımından deyil, həm də investisiya potensialı baxımından böyük əhəmiyyət daşıyır:

“Məhz buna görə də AB Mərkəzi Asiyada inkişaf məqsədləri üçün yardım göstərilməsində birinci yeri tutur. TBNM layihəsinə dəstəyimizdən tutmuş regionda rəqəmsal texnologiyaların inkişafına investisiyalara qədər, hər iki tərəf üçün çoxlu imkanlar görürük”.

Kallas qeyd edib ki, Ukraynadakı münaqişə başlayandan sonra AB Rusiya ərazisindən yan keçən alternativ, etibarlı və səmərəli ticarət və nəqliyyat marşrutları axtarmağa başlayıb:

“Ötən il AB regionda prioritet nəqliyyat layihələrinin həyata keçirilməsi gedişini müzakirə etmək məqsədilə hökumət nümayəndələrini, donorları və inkişaf banklarını birləşdirən xüsusi platforma yaradıb. Buraya, məsələn, Aktau və Türkmənbaşı limanlarının modernləşdirilməsi kimi layihələr daxildir”.

Qeyd edək ki, 2024-cü ildə TBNM ilə yük daşımalarının həcmi 2023-cü illə müqayisədə 62% artaraq 4,5 milyon tona çatıb. Həyata keçirilən tədbirlər nəticəsində 2027-ci ilə qədər Orta Dəhlizin ötürmə qabiliyyətinin 10 milyon tona qədər artacağı gözlənilir.

Tarix
2025.03.28 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Rusiya və İranla buna dair razılıq əldə etdi

Gəncəvinin büstünün üstü bağlandı - Video

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla